Azərbaycanı davamlı iqtisadi inkişafa aparan strategiyanın banisi
26.04.2023 [15:47]
Tarixin müxtəlif dövrlərində çətin sınaqlardan çıxan Azərbaycan bu gün artıq müstəqil dövlət kimi beynəlxalq aləmdə öz yerini tutub, siyasi-iqtisadi mövqeyini möhkəmləndirib. Təbii ki, Azərbaycanın bu günə gəlib çatmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin böyük rolunu xüsusi vurğulamaq lazımdır. O, hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib.
Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır.
Ötən əsrdə yenicə müstəqillik əldə edən Azərbaycan siyasi böhran, iqtisadi tənəzzül dövrünü yaşayırdı. Həyatın bütün sahələri kimi iqtisadiyyat da tamamilə çökmüşdü. Lakin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ulu Öndərin hakimiyyətə gəlişi ilə öncə ölkədəki ictimai-siyasi sabitlik təmin edildi. Sonra iqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli investisiya mühiti yaradıldı, mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına start verildi. Ölkə Prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərman imzalandı. Bununla da iqtisadiyyatın, sahibkarlığın inkişafına mane olan əsassız amillər aradan qaldırıldı. Ulu Öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair dövlət proqramları qəbul edildi.
Ulu Öndərin hakimiyyətə gəlişi ilə öncə ölkədəki ictimai-siyasi sabitlik təmin edildi. Sonra iqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli investisiya mühiti yaradıldı, mükəmməl qanunvericilik bazasının formalaşdırılmasına start verildi. Heydər Əliyev mütəmadi olaraq sahibkarların fəaliyyəti ilə maraqlanar, onları narahat edən problemlərin aradan qaldırılmasını təmin edərdi. Ümummilli liderin “Bilin ki, Azərbaycan Prezidenti bütün sahibkarların himayədarıdır və dayağıdır” – sözləri onun sahibkarlara nə qədər diqqət və qayğı ilə yanaşdığını nümayiş etdirirdi. 2002-ci il aprelin 25-də sahibkarlarla görüşdə Ulu Öndər bildirmişdi ki, ölkədə böyük sahibkarlar təbəqəsi yaranıb: “Sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Özəlləşdirmə prosesi gedir, iqtisadiyyatın çox sahəsi özəlləşdirilibdir. Əldə etdiyimiz nailiyyətlərdə özəlləşdirmənin böyük əhəmiyyəti vardır. İqtisadiyyatın bir çox sahələrindəki nəticələr özəl sektorun hesabına əldə edilibdir”.
Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz “Əsrin müqaviləsi” ilə qoyulub. “Əsrin müqaviləsi” Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. Ulu Öndərin əsasını qoyduğu mükəmməl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektoru sürətlə inkişaf edir, ölkəmizin ixrac imkanları genişlənir. Ulu öndərin sözü ilə desək: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!”
Ulu Öndər Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan tədricən öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank sahəsini, vergi sahəsini və digər sahələri daxil etmək olar. Bu illər ərzində kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün mühüm addımlar da atıldı. Umummilli liderin əməlləri və ideyaları ölkəmizin Prezidenti cənab İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Belə ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin başçılığı altında 44 gun davam edən ikinci Qarabag vətən muharibəsi uğurla başa çatdi.Möhtəşəm Azərbaycan ordusu butun dunyaya öz gucunu göstərdi.Ermənistanin işgalciliq siyasətinə son qoyuldu. Azərbaycan ordusu BMT nin qəbul etdiyi , lakin icra edilməmiş qərarlarini yerinə yetirdi.Muasir dövrdə davam etdirilən sosial, iqtisadi və hərbi sahədə inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın butun gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17

