"Milli dövlətçiliyimizin xilaskarı" mövzusunda dəyirmi masa keçirilib
20.06.2023 [15:19]
20 iyun 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində "Milli dövlətçiliyimizin xilaskarı" mövzusunda dəyirmi masa keçirilmişdir. Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri,inzibati ərazi dairəsi üzrə nümayəndələr, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə geniş məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyev dövlətçilik ənənələrinin möhkəm fundament üzərində qurulması, qorunub-saxlanılması və gələcək nəsillərə estafet olaraq ötürülməsinə var gücü ilə çalışmaqla xalqımızın xilaskarı, Ümummilli Lideri adını qazanmışdır. Azərbaycan bu dahi şəxsiyyətin imzasını daşıyan bir “Şah əsərə” çevrildi. Ümummilli Lider bu gün dünyaya Günəş kimi doğan, müstəqil, suveren, möhkəm dövlətçilik ənənələrinin formalaşdığı, multikultural dəyərlərin yaşadıldığı Azərbaycanın, həmrəyliyimizin banisidir!
Qeyd olunub ki, 1993-cü il 15 iyunda hakimiyyətə qayıdışından sonra görkəmli dövlət xadimi Heydər Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması, iqtisadi islahatlar fonunda diplomatik, ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin qurulması ilə Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Xüsusilə də 1994-cü ildə atılan bir sıra addımlar istər siyasi, istərsə də iqtisadi sabitlik və yüksəlişin bünövrəsi hesab olunur. Ermənistanla cəbhədə əldə olunan atəşkəs, “Əsrin müqaviləsi” neft sazişinin bağlanması sadalanan proseslərin dinamik inkişafına təkan verdi. 7 ölkəni təmsil edən dünyanın 11 ən iri neft şirkəti ilə bağlanan, müdrik, uzaqgörən, gələcəyə hesablanmış “Əsrin müqaviləsi” mahiyyət etibarilə iqtisadi müqavilə olsa da, əslində, gələcəkdə Azərbaycanın aktuallığını və önəmini birə-beş artıran neft-qaz və nəqliyyat-kommunikasiya layihələrinin bünövrəsinin qoyulması və sonrakı inkişafın mühüm perspektivlərinin formalaşmasının təməl addımı hesab oluna bilər.
O, vurğulayıb ki, bu gün Azərbaycanın istər daxili siyasəti, istərsə də beynəlxalq diplomatiyada qazandığı uğurlar, böyük nüfuz, bir sözlə, iqtisadi və siyasi mövqe Heydər Əliyev siyasi irsinin layiqincə davam etdirildiyinin bariz nümunəsidir.
Tədbirdə çıxış edən YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseyov və digərləri bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişib. Ulu Öndər siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin edib. Xalqımız Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər olub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56

