Yeni Zəfərlərə doğru!
25.09.2023 [14:11]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan beynəlxalq hüquq və milli qanunvericilik çərçivəsində Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək ərazilərimizdəki qanunsuz erməni hərbi birləşmələri təslim olmağa məcbur etdi. Cəmi 24 saat ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir. Sirr deyil ki, qarşımızda peşəkar hərbçilərdən və muzdlu döyüşçülərdən ibarət, təcrübəli şəxsi heyət dayanırdı və irəliyə addım atmaq üçün yarmalı olduğumuz illərlə möhkəmlənmiş müdafiə mövqeləri var idi. Üstəlik, hərbi mövqelər qəsdən yaşayış məskənləri arasına, iaşə obyektlərinin yaxınlığında yerləşdirilmişdi ki, hər hansı hərbi əməliyyat çərçivəsində mülki əhalidən sipər kimi istifadə edilsin. Habelə siyasi situasiya da kifayət qədər mürəkkəb idi və aralarında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də olmaqla separatçılara açıq formada dəstək verilirdi. Belə mürəkkəb hərbi-geosiyasi şəraitdə mümkün ehtimallardan daha qısa zaman kəsiyində düşmənin diz çökdürülməsi dünya hərb tarixinin qızıl səhifələrindən biridir. Xalqımızın həmrəyliyi və döyüş ruhu, Ordumuzun isə peşəkarlığını xüsusi qeyd etməklə, əminliklə deyə bilərik ki, bu Qələbə, ilk növbədə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfəri hesab olunmalıdır. Çünki ordu quruculuğu, müasir müdafiə sənayesi sahəsində nailiyyətlər, həmçinin formalaşan yeni geosiyasi reallıqlar məhz cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
Xalqımız bu müqəddəs mübarizədə Ali Baş Komandan və ordumuzun ətrafında yumruq kimi birləşib. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti dəstəklədiklərini vurğulayıblar. Təəssüf ki, həmişəki kimi radikal mövqedə olan 3 siyasi partiya AXCP, “Müsavat” və Real” partiyaları birgə bəyanata qoşulmayaraq öz “simalarını” bir daha nümayiş etdirirlər. Xalqımızın, dövlətimizin ümummilli mübarizəsində həmrəylikdən kənarda qalan bu partiyalar kənar qüvvələrin diqtəsi ilə fəaliyyət göstərdilərini sübut etmiş oldular.
Antiterror tədbirlərinin uğurla başa çatmasından sonra Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində isə yeni geosiyasi situasiyada bölgədə sonrakı tendensiyaların yol xəritəsi ortaya qoyuldu. İlk növbədə, Azərbaycan rəhbəri Qarabağda yaşayan erməniəsilli sakinlərə ali səviyyədə təminat verdiyini bir daha bəyan etdi. Həmçinin dövlətimizin başçısının özünün də ifadə etdiyi kimi, Azərbaycan qanunvericiliyinin, Azərbaycan Konstitusiyasının digər vətəndaşlara münasibətdə müəyyən etdiyi bütün hüquqi təminatlar, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağa da, təbii ki, şamil edilir və erməniəsilli sakinlər əminliklə bu ölkənin tam hüquqlu vətəndaşı kimi bütün sosial-iqtisadi, həmçinin hüquqi təminatlardan istifadə edə bilərlər. Bundan başqa, Azərbaycan Prezidentinin çox vacib istiqamətlərdən biri kimi diqqətə çatdırdığı məqam bölgəyə yad ünsürlərin müdaxiləsi və bu müdaxilənin birgəyaşayış, bölgədə davamlı, dayanıqlı sülh və sabitlik üçün təhdid olması ilə bağlı idi. Azərbaycanın niyyəti çox aydındır. Azərbaycan bölgə dövlətləri ilə sağlam, sülh və əmin-amanlıq şəraitində yaşamaq, tərəqqiyə, inkişafa nail olmaq niyyətindədir.
Prezident İlham Əliyev xalqa müraciətində onu da bildirdi ki, bu bölgə əsrlər boyu davalar, savaşlar məkanı olub və buna son vermək lazımdır. Dövlətimizin başçısı Azərbaycan və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyinə, sülh müqaviləsinin imzalayacağına və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacağına ümid etdiyini diqqətə çatdırdı. Vurğulandı ki, heç kim bizimlə diktə və ultimatum dilində danışa bilməz. Bu, müəyyən dairələrə ciddi mesajdır.
Beləliklə, Qarabağdakı antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin olundu. Bu, böyük zəfərdir! Qarşıda hələ də hədəflərimiz var və inanırıq ki, xalqımız və dövlətimiz Prezident İlham Əliyevin lideriyi ilə yeni zəfərlərə doğru inamla irəliləyəcək!
Xəbər lenti
Hamısına baxİdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48

