/ / "Parlaq Zəfərlə qisası alınmış Xocalı: Üçrəngli bayrağımızın əbədi dalğalanacağı yurdumuza qayıtdıq"
"Parlaq Zəfərlə qisası alınmış Xocalı: Üçrəngli bayrağımızın əbədi dalğalanacağı yurdumuza qayıtdıq"
23.02.2024 [12:38]
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar "Parlaq Zəfərlə qisası alınmış Xocalı: Üçrəngli bayrağımızın əbədi dalğalanacağı yurdumuza qayıtdıq" mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə elan edilmiş rəsm müsabiqəsi çərçivəsində Nizami rayon təhsil müəssisələrinin təmsilçilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və başqaları qeyd ediblər ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Qeyd edilib ki, ötən 32 il ərzində Azərbaycan dövləti və xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla anıb. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər dünyanın 17 ölkəsi parlament səviyyəsində, eləcə də ABŞ-ın 30-dək ştatı, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Əlavə edilib ki, bu ağır faciə xalqımızı daha da mətinləşdirib, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Çıxışlardan sonra rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Ümumilikdə 29 nəfərin iştirak etdiyi rəsm müsabiqəsində birinci yerə 61 saylı tam orta məktəbin X sinif şagirdi Mədinə Nəsirova, ikinci yerə 12 saylı tam orta məktəbin VIII sinif şagirdi Gövhər Salmanlı, üçüncü yerə isə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbinin XI sinif şagirdi Ulduz Timurova layiq görülüblər.
30 nəfərin iştirak etdiyi inşa müsabiqəsində isə birinci yerin qalibi 251 saylı tam orta məktəbin IX sinif şagirdi Yeganə Həmidova, ikinci yerin qalibləri 250 saylı tam orta məktəbin VIII sinif şagirdi Qəmər Mürşüdova və 12 saylı tam orta məktəbin VII sinif şagirdi Bikəxanım Həmidova, III yerin qalibləri 129 saylı məktəb-liseyin VII sinif şagirdi Aysel İsmayıl, 70 saylı məktəbin VI sinif şagirdi Fatimə Şıxəlizadə və 328 saylı tam orta məktəbin IX sinif şagirdi Xədicə Hüseynova olublar.
Qeyd edək ki, 50 müsabiqə iştirakçısı həvəsləndirici sertifikatlarla təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17

