Azərbaycan – Qazaxıstan əməkdaşlığının inkişafına dəyərli töhfə
14.03.2024 [12:37]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Tarix boyu eyni etnik soy-kökə malik, dini və mədəni dəyərlər baxımından da çox yaxın Azərbaycan – Qazaxıstan xalqları bir birinə qarşılıqlı dəstək verib, xoş gündə də, çətin gündə də bir-birinin yanında olublar. 44 günlük Vətən müharibəsi dövründə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında oldu, ölkəmizin haqlı mübarizəsini dəstəklədi.
İki ölkə prezidentlərinin qarşılıqlı rəsmi səfərləri, səfər çərçivəsində müzakirə edilən ticarət-iqtisadi, nəqliyyat, tranzit və humanitar əməkdaşlıq məsələləri, mətbuata verilən bəyanatlar, imzalanan müvafiq sənədlər bir daha hər iki ölkənin dostluq, qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu təsdiq edir.
Azərbaycan və Qazaxıstan müstəqillik qazandıqları gündən indiyə kimi istər regionda və istərsə də beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır. Təkcə dövlətlərarası sənədlərdə deyil, real həyatda da iki qardaş ölkə bir-birinə dəstəyini hər zaman hiss etdirir.
Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti – Elbası Nursultan Nazarbayev sıx dostluq əlaqələrini hər iki ölkə müstəqilliyini qazandıqdan sonra da həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda daim inkişaf etdiriblər.
Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Qazaxıstanla iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu dəfələrlə qeyd edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilyarım ərzində qardaş ölkəyə 4 səfəri, eləcə də Qazaxıstan Prezidentinin çoxsaylı səfərləri ölkələrimizin münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən amildir.
Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatında, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırlar. Eyni zamanda, ölkəmiz Qazaxıstanla nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə, iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdirilməsinə böyük əhəmiyyət verir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri çərçivəsində, ticari-iqtisadi, nəqliyyat, logistika, həmçinin strateji tərəfdaşlığa dair mühüm sənədlərin imzalanması, əməkdaşlıq barədə əldə edilmiş razılaşmalar ona deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək və hər iki xalqın məhafeyinə xidmət edəcəkdir. İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasının Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsü ilə inşa edilməsi, martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi öz növbəsində dövlətlərimiz arasındakı dostluğun, qardaşlığın əsas rəmzlərindən birinə çevriləcək.
Azərbaycanın və Qazaxıstanın dövlət başçılarının mətbuata birgə açıqlamaları, birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər etmələri, Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı tarixi hadisə olmaqla yanaşı əməkdaşlığımızın, dostluğumuzun inkişafına dəyərli töhfədir.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

