Təhlükəsizlik və sabitlik Azərbaycanın prioritetlərindən biridir
15.03.2024 [13:04]
Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ölkəmiz hər zaman qlobal layihələrin həm təşəbbüskarı, həm təşkilatçısı, həm də iştirakçısı kimi çıxış edib. Bu layihələri sadalamağa da ehtiyaç yoxdur, ona görə ki, indi bütün dünya ictimaiyyəti bu barədə məlumatlıdır. Azərbaycan xarici siyasətdə tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə geniş bir coğrafiyada təhlükəsizlik və sabitliyə nail olmaq üçün ölkələrlə yaxın əlaqələr qurur. Bu fakt indi kimin üçünsə sir deyil və təbii ki, bu müzakirələrin aparılmasında da ölkəmiz hər zaman olduğu kimi, yenə də haqlıdır. Ona görə ki, Azərbaycan utilitar müstəvidə ancaq özünün qazanc götürməsinə deyil, bütövlükdə təhlükəsizliyə və sabitliyə apara biləcək qarşılıqlı faydalı əməkdaşlıq xəttinə sadiqdir. Yalnız bu əsasda müxtəlif sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında dialoq yaratmaq və bütövlükdə təhlükəsizliyi təmin etmək mümkündür.
Belə müzakirələrin geniş şəkildə aparıldığı Qlobal Bakı Forumu çox unikal və dəyərli bir platforma kimi uğur qazanmışdır. Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edərək bildirmişdir ki. “XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Beləliklə, biz coğrafiyanı da genişləndirmişik və qonaqlarımız arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.”
Cənab Przident sürətlə dəyişən və qloballaşan dünyada yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxdığını qeyd edərək bu prosesin fonunda geosiyasi dəyişikliklər baş verdiyini bildirmiş, qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacın olduğunu qeyd etmişdir.
Cənubi afqaz regionunda baş verən proseslərə toxunan ölkə başçısı deyib: “Uzun illər ərzində, o cümlədən İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdıq və bu barədə danışmağa davam edirdik, çünki bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdik.” Təəssüf ki münaqişənin həlli üçün yaradılmış Minsk qrupunun 28 il ərzində heç bir iş görmədiyini diqətə çatdıran ölkə başçısı son nəticədə məslənin Azərbaycan tərəfindən, həm də beynəlxalq hüquq normalaraına uyğun qaydada həll edilmişdir. Lakin bundan sonra bəzi dövlətlərin, xüsusən də Fransanın tutduğu mövqe anlaşılmazdır. “Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi”-deyə qeyd edən cənab Prezident Evian şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı olan hərəkətləri vandalizm adlandırmışdır.
Ölkəmizin başçısı COP29-un Azərbaycanda keçirilməsinin Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi kimi qiymətləndirərək neft və qaz sərvətlərinə sahib olmağımızın bizim günahımız olmadığını qeyd edərək bildirib ki, buna görə tənqid edilməli deyil, yaşıl enerjiyə keçid sahəsində həyata keçirdiyimiz layihələr dəstəklənməlidir: “COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir.”
Son olaraq qeyd edək ki, tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Bu, olduqca mühüm məsələdir və biz artıq bunun şahidiyik.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

