Bəşəriyyətə qarşı ən qatı cinayət
29.03.2024 [11:24]
Azərbaycan xalqının tarixinə bir çox parlaq səhifələrlə yanaşı qara səhifələr də yazılmışdır. Məhz bəşəriyyətə qarşı ən qatı cinayət sayılan 31 Mart soyqırımı da bu qara səhifələrdəndir və xalqımızın zaman-zaman üzləşdiyi faciələr sırasında 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla törədilmiş kütləvi qırğınlar xüsusi qəddarlığı ilə seçilir. Buqələmun kimi cilddən-cildə girməyi yaxşı bacaran erməni millətçiləri bu dəfə həmin dövrdə regionda yaranan vəziyyətə uyğun olaraq bolşevizm ideyalarından sui-istifadə etdilər. Sıralarında çoxlu sayda erməninin “lövbər” saldığı Bakı Kommunası əks-inqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı.
Mart ayının son üç günü ərzində təkcə Bakıda təxminən otuz mindən çox azərbaycanlı ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi. Eyni zamanda, şəhər camaatının o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaşı və əmlakı qarət edildi. Mart soyqırımı zamanı ermənilər Bakıda azərbaycanlı-müsəlman əhalisini soyqırıma məruz qoyduqları kimi, mədəniyyət abidələrimizi, qəbiristanlıqları, məscidləri, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Azərbaycanda 1918-ci il martın sonu və aprelin əvvəlində ermənilər tərəfindən törədilən qırğınların coğrafiyası yalnız Bakı ilə məhdudlaşmayıb, respublikanın bir sıra bölgələrini də əhatə edib. Arxiv sənədlərində göstərilir ki, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib. O cümlədən Şamaxıda 58 kənd dağıdılıb, 7000 insan xüsusi qəddarlıqla öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerlə-yeksan edilib. Ümumiyyətlə, ermənilərin 1918-ci ilin yazında Bakıda və bölgələrdə törətdikləri qırğınlar nəticəsində aralarında çoxlu sayda uşaq, qadın, qoca olmaqla 50 mindən çox soydaşımız həyatını itirib.
31 mart soyqırımına siyasi və hüquqi qiymət verilməsi erməni vəhşilikləri haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük önəm daşıyır. Tarix boyu saysız-hesabsız cinayətlərə, terror hadisələrinə, qətliamlara əl atan, “lövbər” saldıqları bütün ərazilərdə etnik təmizləmə aparan, başqa xalqların, o cümlədən də azərbaycanlıların mədəni irsinə sahib çıxmağa çalışan ermənilər, bir qayda olaraq, beynəlxalq miqyasda özlərinin məzlum obrazlarını yaratmağa cəhd göstərirlər. Onlar hər vəchlə ona nail olmaq istəyirlər ki, törətdikləri çirkin əməllər unudulsun, dünya xalqları ermənilərin Cənubi Qafqazın aborigen sakinləri olduqlarına, burada hansısa bir mədəniyyət yaratdıqlarına inansın. Bundan ötrü ermənilər min cür fərziyyələr uydurur, havadarlarının köməyi ilə yalan üzərində qurulmuş təbliğat aparırlar. Faciələrimizin gələcəkdə də təkrarlanmaması naminə biz tariximizi yaxşı öyrənməli, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri faciələr barədə ətraflı bilgilərə yiyələnməli, onların yalanlarını, uydurmalarını hər zaman, hər yerdə faş etməliyik. İndiki dövrdə internet resursları, sosial şəbəkələr erməni yalanlarını dünyada yaymaq üçün geniş imkanlar açır.
Sovet hakimiyyəti illərində isə 1918-ci ilin yazında xalqımıza qarşı törədilən vəhşiliklər cəmiyyətə tamam başqa rakursdan təqdim edilirdi. Soyqırımının təşkilatçıları lənətlənmək əvəzinə, qəhrəmanlar kimi dərsliklərdə təbliğ edilirdi, onlara heykəllər ucaldılır, şənlərinə mahnılar bəstələnirdi. Müstəqilliyimizin ilk illərində zorla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı da bəhs olunan soyqırımı hadisəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Halbuki, ermənilərin Respublikamıza qarşı yeni ərazi iddiaları ilə çıxış etdikləri, elan olunmamış müharibəyə başladıqları bir dövrdə bu, çox vacib idi. Yalnız xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gələn Ümummilli Lider Heydər Əliyev Ermənilərin 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdikləri soyqırımına ilk dəfə hüquqi və siyasi qiymət verilməsi üçün 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb və 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu da erməni vəhşilikləri haqqında həqiqətlərin bütün dünyaya yayılması baxımından böyük önəm daşıyır.
Eyni zamanda, Prezident İlham Əliyev 18 yanvar 2018-ci il tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sənəddə bildirilir ki, ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondu çox mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir.
Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik.
Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, Mart soyqırımının məkrli erməni faşizminin törətdiyi ən qanlı faciə olduğunu beynəlxalq aləmə çatdırmaq və Soyqırımın bütün dünya dövlətləri tərəfindən tanınmasını birmənalı olaraq təmin etməkdir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48

