Yeni Azərbaycan Partiyası gənclərin hamisidir
04.07.2012 [23:18]
Xəbər verildiyi kimi, iyul ayının 2-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkil etdiyi “Liderliyə gedən yol” “Yay məktəbi” öz işinə başlayıb. “Məktəb” çərçivəsində gənc fəallar Oğuz rayonunda da olublar.
Rayonda “Yay məktəbi”nin üçüncü günündə də ənənəvi surətdə müxtəlif məsələlərə dair diskussiyalar davam etdirilib, eyni zamanda, interaktiv oyunlar və əyləncə tədbirləri keçirilib.
Daha sonra “İdeya-layihə-uğurlu nəticə” bilik və bacarıqların inkişaf etdirilməsi” mövzusunda menecment-treninq (management training) keçirilib. İlk öncə layihələr barədə məlumat verilib, onların hazırlanma forma və üsulları diqqətə çatdırılıb. Bundan sonra isə qruplar formasında sağlam həyat tərzi, təhsil və mədəniyyət məsələlərinə dair layihə yazılışı və təqdimatı olub. Ardınca qrup halında hazırlanmış layihələr qiymətləndirilib.
Qeyd edilib ki, hazırlanmış və təqdim olunmuş layihələr özündə kreativ məqamları ehtiva edir. Bu isə ona dəlalət edir ki, gənclər bu və ya digər sahələrdə yenilikçi və yaradıcı ideya daşıyıcılarıdır. Təhsil, mədəniyyət və sağlam həyat tərzi kimi aktual məsələləri ehtiva edən istiqamətlərdə hazırlanmış layihələr əhəmiyyətinə görə təqdirəlayiqdir və gənclərin intellektual potensialının zənginliyindən xəbər verir.
Vurğulanıb ki, layihə hazırlanması gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə də intellektual potensiala malik olan gənclər bu cür elmi-nəzəri-praktik əhəmiyyət kəsb edən işlərə cəlb edilməkdə və bu sahədə önəmli nəticələr əldə olunmaqdadır.
Qeyd etmək lazımdır ki, “Yay məktəbi”ndə iştirak edən gənclər də məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları, olduqca yüksək qiymətləndirirlər. Məsələn, Fərhad Vahidzadənin sözlərinə görə, YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbləri” özlüyündə bir neçə mühüm məqamdan xəbər verir: “Birincisi, bu, gənc fəalların bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir. İkincisi, “Yay məktəbləri”ndə iştirak edən gənclər özlərinin asudə vaxtlarını səmərəli dəyərləndirirlər”.
“YAP Gənclər Birliyinin təşkil etdiyi “Yay məktəbi” bizə imkan verir ki, intellektual potensialımızı artıraq. Gənclərə göstərdiyi böyük diqqətə görə Yeni Azərbaycan Partiyasına xüsusi minnətdarlıq edirik”. Bunu isə Zərifə Mustafayeva deyib.
Günel Ağasiyeva isə bildirib ki, gənclər məktəb çərçivəsində diskussiyalarda iştirak edir, qarşılıqlı fikir mübadilələri aparır, interaktiv oyunlarda iştirak edir ki, bu da bilikləri möhkəmləndirir, yeni təcrübələr qazandırır.
Elmir Həsənovun sözlərinə görə, “Yay məktəbləri” gənc fəalların sosiallaşması işinə mühüm töhfələr verir, asudə vaxtın səmərəli dəyərləndirilməsinə imkan yaradır.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09

