Professor Lemkinin adından sui-istifadə edilməməlidir
18.04.2024 [10:49]
Qərbi Azərbaycan İcması İnstitutun Azərbaycana qarşı qərəzli fəaliyyətini pisləyib
NARDAR
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Həmin dairələr beynəlxalq müstəvidə ölkəmizin imicinə zərbə vurmaq üçün böhtan kampaniyasını davam etdirirlər. Ermənilərə lobbiçilik edən təşkilatlardan biri də ABŞ-da fəaliyyət göstərən Soyqırımın Önlənməsi üzrə Lemkin İnstitutudur. Lemkin İnstitutu 2021-ci ildə ABŞ-nin Pensilvaniya ştatında qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib və erməni diasporu ilə sıx əlaqələrə malikdir. İnstitutun həmtəsisçiləri Kin Ştat Kolleci və Stokton Universitetinin professoru Eliza fon Coden-Forci və beynəlxalq hüquq professoru və İndiana Universitetinin məzunu İrin Viktoriya Massiminodur. Qurumun missiyası guya soyqırımıların qarşısının alınmasının zəruriliyi ilə bağlı qlobal konsensus yaratmaqdır. Lakin təşkilat elan etdiyi missiyaya zidd olaraq soyqırımına məruz qalan xalqları əsassız olaraq genosid törətməkdə ittiham etməyə çalışır. Bu institut obyektiv fəaliyyət göstərsəydi, ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımına etiraz səsnini ucaldardı. Amma əksinə olaraq təşkilat yarandığı qısa müddət ərzində Azərbaycana qarşı dəfələrlə əsassız iddialarla çıxış edib. Belə ki, Lemkin İnstitutu tərəfindən hələ 2022-ci ildə “Azərbaycandan erməni soyqırımı təhlükəsi haqqında” adlı hesabat yaymışdı. 14 iyun 2023-cü ildə Lemkin İnstitutu ABŞ Dövlət Departamentinə “Artsaxda yeni erməni soyqırımı təhlükəsi ilə bağlı” açıq məktub göndərmişdi. Ötən ilin sentyabrıda Qarabağın erməni separatçılarından təmizlənməsini də bu QHT “etnik təmizləmə və soyqırımı təhlükəsi” kimi təqdim etmişdi. Həmin il oktyabrın 31-də isə təşkilat “yaxın həftələrdə Azərbaycanın Ermənistana “təcavüzü” ehtimalından “dərin narahatlığını” bildirmişdi.
Son dövrlər “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu” adlı qurum Azərbaycanı yenə də hədəfə almaqdadır. Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması da bəyanat verib. Bildirilib ki, Ermənistanda bir nəfər də azərbaycanlının qalmamasını, bu dövlətin Azərbaycan ərazisini işğal edib orada törətdiyi çoxsaylı soyqırımı aktlarını görməzdən gələn bu kontorun fəaliyyəti demək olar ki, ancaq və ancaq Azərbaycana qara yaxmaqdan ibarətdir. Qeyd edilib ki, qurumun fəaliyyəti haqqında açıq mənbələrdə yayılmış məlumatları diqqətlə gözdən keçirdikdə bu uydurma qurumun canfəşanlığının əsl səbəbləri məlum olur: “Terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu “institut” əslində muzdlu mirzələrdən ibarət yığıntıdır. Qurumun heyətində E.Poqosyan, L.Mirzoyan kimi erməni diasporunun radikal ünsürlərinin geniş təmsil olunması da təəccüb doğurmur”.
Qərbi Azərbaycan İcması sözügedən dairələrin Azərbaycana böhtan atmalarını və bu iyrənc əməlləri üçün soyqırımına qarşı beynəlxalq mübarizənin formalaşmasında böyük rol oynamış professor Rafael Lemkinin (1900-1959) adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb. İcma dövlətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyətini radikal erməni millətçi dairələrinin bu cür dezinformasiya kampaniyalarına qarşı mübarizə aparmağa çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43

