Əqli Mülkiyyət Agentliyi və QAİ-nin təşkilatçılığı ilə...
24.04.2024 [10:28]
Erməni saxtakarlıqlarını ifşa edən konfrans baş tutdu
Dünən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilib. Konfrans Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil edilib.
Aprel əqli mülkiyyət ayı elan edilib
Konfransda çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin sonunun əqli mülkiyyət aləmində əlamətdar dövr olduğunu bildirib: “Aprel bizim tərəfdən əqli mülkiyyət ayı elan edilib və bir sıra tədbirlər həyata keçirilir. Builki bayram günləri xüsusi əhəmiyyət daşıyır. İlk dəfədir ki, bu əlamətdar günləri qalib xalqımızın nümayəndələri tam suverenliyini bərpa edən respublikamızın hər yerində, Vətənimizin hər bir guşəsində qeyd edirlər”.
İlk dəfə: iddia sənədlərinin 3D-formatında qəbulu...
Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin kreativliyin, innovativliyin inkişafına böyük təsir göstərdiyini bildirən K.İmanov 2023-cü ildə müəllif hüququ obyektlərinin qeydiyyatına aid verilən şəhadətnamələrin əvvəlki illə müqayisədə 20 faiz çox olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ötən il “Elektron xidmət” bölməsi vasitəsilə qeydiyyatdan keçirilmiş əsərlər də 2022-ci il ilə müqayisədə 73 faiz çoxdur. Üstəlik, əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18) qeydiyyata alınıb. Eləcə də 2023-cü ildə ixtira fəallığı 2022-ci illə müqayisədə 11 faiz artıb. İxtiralar üzrə ekspertizanın müddəti ümumi qayda olaraq 12 ay təşkil etdiyi halda, 2023-cü ildə 8-9 ay müddətində aparılıb, MDB məkanında ilk olaraq iddia sənədlərinin 3D-formatında qəbulu həyata keçirilib, hamıya əlçatanlığı təmin edən “açıq reyestr” prinsipi tətbiq edilib.
UNESCO-dan reaksiya yoxdur...
Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi irsin 30 illik işğal dövründə talan edildiyini, dağıdıldığını qeyd edən professor deyib: “Biz bir neçə müddətdir ki, UNESCO-dan bunları araşdırmağı, erməni vandalizminin nəticələrini, Azərbaycan mədəni irsinin talan edilməsini qələmə almaq və bunun üçün bu ərazilərə səlahiyyətli missiya göndərməklə bağlı müraciət etmişik. Lakin buna hələ ki, reaksiya yoxdur”.
Saymaqla bitməyən erməni mifləri...
Agentliyin sədri, həmçinin Azərbaycan atalar sözlərinin erməni nümunələri kimi təqdim edildiyini bildirib: “Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsədli quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olunur və erməni etnik aləminin mənzərəsinin bir hissəsinə çevrilir”.
Beynəlxalq hüquqa söykənən təməl hüququmuz...
Konfransda çıxış edən QAİ İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, Əqli Mülkiyyət Agentliyi uzun illər ərzində Azərbaycan xalqının maddi və mənəvi dəyərlərinin qorunması yolunda yorulmadan çalışıb. Deputat qeyd edib ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatıdılrması istiqamətində Agentlik əlindən gələni edir: “Professor Kamran İmanovun bu mövzuda xarici dillərdə nəşr edilən əsərləri stolüstü kitablara çevrilib. Bu sahədə problemlərdən biri məhz xarici dillərdə kitabların olmamasıdır. Professor Kamran İmanovun bu kitabları ilə həmin boşluq aradan qaldırılır”.
Ə. Ələkbərli diqqətə çatdırıb ki, tarixi torpaqlarımıza qayıdış bizim beynəlxalq hüquqa söykənən təməl hüququmuzdur: “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi öz əksini tapıb. Konsepsiyada, həmçinin Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irsin, məscidlərin və qəbiristanlıqların kütləvi şəkildə dağıdıldığı, yer adlarının dəyişdirildiyi öz əksini tapıb. Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq”.
Konfransın açılış mərasimində, həmçinin Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxış ediblər. Çıxışlarda erməni millətçilərinin Azərbaycanın qeyri-maddi mədəni irsini oğurlamaları, Qərbi Azərbaycan ərazisində, eləcə də işğal dövründə həyata keçirdikləri vandalizm aktının bütövlükdə dünya irsinə qarşı cinayət aktı olduğu vurğulanıb. Erməni saxtakarlıqlarının və uydurmalarının qədim mənbələr əsasında ifşa edilməsinin vacibliyi vurğulanıb. Bu baxımdan Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə keçirdiyi konfrans yüksək qiymətləndirilib.
Daha sonra konfrans öz işini məruzələrlə davam etdirib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

