Fırçadan silaha uzanan əllər...
07.05.2024 [10:49]
Bu günlərdə Meğri-Lehvaz İcması adından icma üzvləri ilə birlikdə İkinci Qarabağ müharibəsinə könüllü qatılaraq qəhrəmanlıqla şəhadətə ucalmış şəhid Rauf Məhərrəm oğlu İbadovun doğulub, boya-başa çatdığı Saray qəsəbəsindəki ata ocağının qonağı olduq.
Rauf 2020-ci il iyul ayının 12-də Tovuz döyüşləri zamanı şəhid olmuş general-mayor Polad Həşimovun ölümündən sonra ailə üzvlərindən xəbərsiz Abşeron rayon Hərbi Komissarlığına gedərək könüllü şəkildə orduya yazılır. Onun bu addımı heç də səbəbsiz deyildi. İllərdir xalqımızın başına gətirilən müsibətlər, işğal altındakı torpaqlar, hər gün neçə dəfə televiziyada səslənən “atəşkəs pozuldu” xəbərləri, atəşkəs zamanında belə verdiyimiz saysız-hesabsız şəhidlər onsuz da Raufun gənc qəlbində bir yara, bir nisgil, bir qəzəb idi. O qəzəbin aşıb-daşacağı bir gün vardı və o gün bu gün idi...
Polad Həşimovun şəhadət xəbərini alan Rauf tay-tuşları ilə birgə general-mayorun yaşadığı binaya gedir. Şəhid generalın anasının ağladığını görən oğlanın bu mənzərədən ruhu sarsılır. Tələsik evə gələn Rauf xəstəxananın cərrahiyyə şöbəsində çalışan yorğun anasının yatdığını görür. Hələ də o mənzərənin təsirindən çıxmadığından sanki Polad Həşimovun anası ilə öz anasını müqayisə edir və o ana ağlayarkən öz anasının yatmağını qəbul edə bilmir. Anasına səslənərək deyir: “Polad Həşimovun anası ağlayarkən sən necə yata bilmisən?”. Bu idi onun içindəki insan və Vətən sevgisinin vəhdəti...
Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu idi Rauf. Eyni zamanda, çox gözəl rəssamlıq qabiliyyəti vardı. Allahdan verilən istedad idi onun rəsmə marağı. Bu gün Raufun hisslərinin, düşüncələrinin kətan üzərində əksinə vasitə olan fırçaları otağının bir küncündə sahibindən çox uzaqda onun həsrəti ilə boynubükük qalıb. O fırçalarda quruyub-yapışmış rənglər Raufun çəkməyə ömrü yetmədiyi rəsmlərinin xəbərçisidir. Görəsən, son çəkmək istədiyi rəsm nə idi? Yəqin ki, Zəfərin rəsmi olardı. Axı Vətən sevgisi ilə döyünən bir qəlb vətənin dar günündə başqa nə çəkə bilərdi ki? Bəlkə fırçalara da pıçıldamışdı öz niyyətini. Döyüşə tələsdiyi məqamda, Vətənin çağırışına gedərkən fırçaları ilə son vidasında demişdi: “Qayıdanda gözəl bir tablo yaradarıq bərabər- “Zəfər” tablosu”...
Heyhat... Zalım əcəl bu tablonu yaratmağa imkan vermədi gənc rəssama. Amma o, kətan üzərində çəkə bilmədiyi tablonu cəbhədə çəkdi. Bu dəfə fırça ilə yox, silahla...
Nədənsə, Raufun rəsm dünyası daha çox ağ-qara rənglərlə boyanıb. Bəlkə də dünyanın həm bütün rənglərin, həm də rəngsizliyin vahid məkanı olduğunu anlamışdı hələ gənc yaşında rəssam fəhmi ilə...
Onun vətənpərvər ürəyi kətan üzərində də öz sözünü demişdi, görünür. Yoxsa rəsmlərindəki Milli Qəhrəmanlar Polad Həşimova, Mübariz İbrahimova bunca rəğbətin başqa açıqlaması olmazdı ki...
Könüllü qəhrəman Rauf İbadov döyüş zamanı manqa komandiri olub. O, tək döyüşməyib, həm də döyüş yoldaşlarına lazımio məqamda arxa-dayaq, kömək olub. Məsələn, yaralı döyüş yoldaşını 20 kilometr məsafədən təkbaşına çıxarıb. Döyüş yoldaşlarına dönə-dönə deyərmiş: “Qələbə çalsaq, arzumdur Şuşanı, Cıdır düzünü rəsmlərimdə təsvir edim”. Çox idi arzuları... Müharibə başlayandan isə bütün arzuları zəfərlə, qələbə ilə, Qarabağla bağlı idi. Ancaq təəssüf ki, o, silahla çəkdiyi zəfər tablosunun bitişini görə bilmədi. Böyük qələbəyə cəmi 15 gün qalmış qəhrəmancasına həlak oldu, şəhidlik zirvəsinə ucaldı. Bu gediş təkcə gənc ömrün bitişi deyildi, həm də fırçaların, rənglərin Raufsuz qalması idi, çəkilməyən əsərlər idi...
Bir rəssam qəlbi susmuşdu o gün... Amma onu bundan sonra yaşadacaq qəhrəmanlıqları və əsərləri vardı, bilirdi. Bu gün şəhid rəssam Raufun igidliyi, vətənpərvərliyi gənc nəslə örnək, çəkdiyi rəsmləri daxili dünyasının xəbərçisidir. O rəsmlər ki, bu gün ölkənin tanınmış sənətşünasları, rəssamları, professorları onlar haqqında danışır, bir gənc rəssam qəlbini məhz bu rəsmlər vasitəsi ilə öyrənməyə, şərh etməyə çalışırlar. Hər dəfə neçə-neçə rəssam, yazıçı, musiqiçisi, tələbə, məktəbli Raufun rənglər dünyasının qonağı olur, saatlarla onun rəsmləri qarşısında dayanaraq xəyala dalırlar. Raufun fəlsəfi dünyası olduqca mürəkkəb, bir o qədər də aydındır, əslində. O dünyanın dərinliyindəki sirri isə təkcə Raufun özü bilirdi...
Yaradanın seçilmişləri olur. Tanrı onların hər birini bir xüsusiyyətinə, bir özəlliyinə görə fərqləndirir. Biz insanlar buna “fitri istedad” deyirik. Həmin o seçilmişlərdən, fitri istedadlılardan biri idi Rauf. Bəlkə də ona görə Allah onu ikinci dəfə “seçdi”- ona həm də “şəhidlik” zirvəsi bəxş edərək...
Tanrı dağındakı ruhuna salam olsun, igid Rauf! Ruhun şad olsun, Nüvədi kəndinin fəxri, fəxarəti, qeyrət qalası!
Şəhanə Müşfiq
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

