Əli Kərimlidən yeni özünüifşa...
23.05.2024 [09:50]
AXCP-ni xarici maliyyə “idarə edir”
Son illərdə Azərbaycanın yüksək sürətli inkişaf tempi əldə etməsi və yerləşdiyi bölgənin həm iqtsadi, həm siyasi cəhətdən aparıcı dövlətinə çevrilməsi ölkəmizin dostlarını sevindirdiyi kimi düşmənlərini də qıcıqlandırır. Qazanılan zəfərlər, eləcə də, Azərbaycanın böyük bir coğrafiyanın əsas siyasi-iqtisadi aktoru kimi xarakterizə olunması antimilli dairələri və onların Azərbaycandakı “canişinlərini” narahat edir. Ermənipərəst dairələrin verdikləri pulları, Fransa maliyyəsini özünün əsas gəlir mənbəyinə çevirmiş AXCP və qondarma “şura”nın sosial şəbəkələrdə apardıqları antimilli mahiyyə əsaslanan “təbliğat” məhz bunun nəticəsidir.
AXCP sədri Əli Kərimlinin “siyasi mühacir” alveri ilə məşğul olması, saxta sənəd qarşılığında xaricə “üzv yollama” əməliyyatı adı altında külli-miqdarda pul mənimsəməsi sirr deyil - bu fakt dəfələrlə AXCP üzvləri, hətta partiyanın yüksək strukturlarında təmsil olunmuş şəxslər tərəfindən etiraf edilib. Xaricə göndərilən bu “üzvlərin” bəzisi isə Ə.Kərimli ilə “pulverənlər” arasında “körpü” rolunu oynayır. Məsələn, Fransada “məskunlaşmış” Qənimət Zahidin illərdir Ə.Kərimlinin “qara kassası” funksiyasını yerinə yetirdiyi hər kəs üçün aydın məsələdir. Eyni zamanda, xaricdə yaşayan bəzi “blogger”lərin də məhz Ə.Kərimli və AXCP tərəfindən “instruktaj” edilməsi faktı da sübuta ehtiyac duymur - bir müddət öncə Sevinc Osmanqızı bu faktı dilə gətirmişdi, etiraf etmişdi. Ermənipərəst mərkəzlərin, anti-azərbaycançı dairələrin ölkəmizə qarşı apardıqları çirkin kampaniyalara dəstək verən, hətta bu kampaniyaların təbliğçisi rolunda çıxış edən həmin “mühacir”lər isə Bakıdakı rediküllərlə eyni mənbədən “qidalanır” - bunu da sübut edən faktlar mövcuddur. belə ki, ölkə daxilindəki readikül müxalifət təmsilçilərinin xaricdəki ünsürlərin xəyanətkar fəaliyyətini təqdir etməsi bu iki qrupun eyni mənbədən sifariş aldıqlarını, maliyyələşdirildiklərini üzə çıxarır. Ölkə daxilində qarışıqlıq yaratmaq, sabitliyə xələl gətirmək istəyən AXCP-nin son günlərdə parlament sçekilərini hədəfə alması və bu “tezisin” məhz xaricdəki “bloggerlər” tərəfindən “inkişaf etdirilməsi” bir daha bu məsələni təsdiqləyir. Fransız pulu ilə maliyyələşənlərin apardıqları kampaniyaların ölkə daxilində “davam etdirən” rediküllər özlərini ələ vermiş olurlar. Eyni məsələ xaricdə məskunlaşan həmin şəxslərin ifşası zamanı da ortaya çıxır - belə ki, həmin şəxslərin qeyri-qanuni fəaliyyəti və ya etdikləri cinayətlərin ifşası zamanı AXCP sosial şəbəkələrdə “dəstək kampaniyası” aparır. Bu kampaniyaya isə Əli Kərimli rəhbərlik edir. Demək ki, xaricdə yaşayan və dövlətinə, millətinə xəyanət edən bu qrupların Əli Kərimli ilə yaxın təmasları, münasibətləri mövcuddur. Vurğulandığı kimi, bu dəstək yerli xainlərin də ifşasına yol açır.
Təbii ki, gündə bir simaya düşən, gündə bir ad götürən redikül azlıq, o cümlədən onların xarici emissarları artıq fiaskoya uğradıqlarının fərqindədirlər. Maraqlı xarici qrupların sifarişi ilə Azərbaycana qarşı olan planların alətinə çevrilmiş bu azsaylı qruplaşmanın əsl məqsədi və siması xalqımıza yaxşı bəllidir. Azərbaycan xalqı artıq illərdir ki, kimin kim olduğunu, hansı məqsədlərə kökləndiyini görür və anlayır. İstər ikili standartlarla fəaliyyət göstərən və adının qarşısına “beynəlxalq” yarlığı yapışdıraraq demokratiya sözünü özünün siyasi manipulyasiyasına çevirənlər, istərsə də həmin təsisatların əlinin oyuncağına çevrilmiş “mühacirlər” və AXCP öz iddiaları ilə öz kimliklərini bir daha həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə nümayiş etdirirlər.
MƏNSUR
Xəbər lenti
Hamısına baxİdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17

