TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun 3-cü iclası
06.06.2024 [10:41]
İyunun 5-də Bakıda TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun üçüncü iclası keçirilib. İclas “Qadınlar - TÜRKPA üzv dövlətlərində iqtisadiyyatın onurğa sütunu, sahibkarlığın hərəkətverici qüvvəsi” mövzusuna həsr olunub. Qrupun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız çıxışında bildirib ki, qadınların sosial həyata daha çox təmas edə bilməsi üçün maksimum səy göstərmək lazımdır. Onun sözlərinə görə, bu sahədə qurulan inkişaf modelinin davam etdirilməsini təmin etmək olduqca önəmlidir: “Ekosistemin yaradıldığı vaxtda davam etdirilə biləcək üsulları müəyyənləşdirmək də vacibdir. Eyni zamanda, ailədən sonrakı mərhələ təhsildir. Mütləq şəkildə qızların oxuması, elmi fəaliyyətlərdə iştirakı, bu sahədə yetişdirilməsi vacibdir. Qadının qərarlığı və iradəsi ilə daha konkret nəticələrə gəlmək inancımız yüksəkdir”.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə qeyd edib ki, bir dövlətin gücü tək onun resursları ilə yox, həm də əmək bazarı ilə bağlıdır: “Əmək bazarında həm kişi, həm də qadın var. Demoqrafiyada qadınlar üstünlük təşkil edirsə, əmək bazarında onların potensialından səmərəli istifadə edilməlidir. Mövcud stereotipləri qıraraq qadınların da sahibkarlıqla məşğul olması üçün mövcud qanunvericilik davamlı şəkildə yoxlanılmalı, mükəmməl qanun qəbul edilməli, digər türk dövlətlərinin bu sahədə mövcud təcrübəsi öyrənilməlidir”.
Qırğızıstanın Joqorku Məclisinin üzvü Çolpon Sultanbekova vurğulayıb ki, qadınlar hüquqi cəhətdən müəyyən problemlə üzləşir: “Buna səbəb onların bəzilərinin sahibkarlıq bacarıqlarına malik olmamalarıdır. Həmin qadınlar arasında təlimlərin keçirilməsi ilə bizneslərini üzərindəki inkişafa səbəb olmaq olar”.
Tədbirin sonunda Qadın Parlamentarilər Qrupunun dördüncü iclasının yeri və tarixi də müəyyənləşib. Növbəti iclasın 2025-ci ildə Qazaxıstanda keçirilməsi haqqında qərar qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

