Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Nyu-Dehlidə təşkil edilmiş diplomatik xeyriyyə yarmarkasında təmsil olunub

Azərbaycan Nyu-Dehlidə təşkil edilmiş diplomatik xeyriyyə yarmarkasında təmsil olunub

08.12.2024 [22:58]

Dekabrın 8-də Azərbaycanın Hindistandakı səfirliyi paytaxt Nyu-Dehlidə təşkil olunmuş növbəti diplomatik xeyriyyə yarmarkasında iştirak edib.

Ölkəmizin Hindistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, şəhərin mərkəzi Nehru Parkında açıq havada qurulmuş ölkə və korporativ stendlər arasında Azərbaycan adının, bayrağının yerləşdiyi guşə də yer alıb.

Azərbaycan səfirliyinin diplomatik və inzibati heyətinin, onların ailə üzvlərinin birgə əməyi nəticəsində ərsəyə gəlmiş stendimizdə ölkəmizin milli mətbəxi, zəngin tarixi və mədəniyyətinin nümunələri təqdim olunub.

Gün ərzində fəaliyyət göstərən Azərbaycan stendi yarmarkada iştirak edən diplomatik korpus üzvləri və hindistanlı ziyarətçilərin böyük marağına səbəb olub.

Yarmarka Dehli Qadınlar Assosiasiyası Fondu və xarici ölkələrin səfirliklərinin iştirakı ilə 1988-ci ildən etibarən hər il keçirilir. Əldə olunan vəsait aztəminatlı ailələrə, sağlamlıq imkanları məhdud uşaqların təhsili və müalicəsi məqsədlərinə yönəldilir.

Paylaş:
Baxılıb: 801 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30