“İMZA” İB 2025-ci ildə də beynəlxalq əhəmiyyətli tədbirlərini davam etdirəcək
07.04.2025 [11:59]
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi “Konstitusiya və Suverenlik” ili çərçivəsində yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirəcək. Bu barədə İctimai Birliyin sədri Xəyyam Əsgərov İB-nin İdarə heyətinin iclasında məlumt verib. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qərarı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması tarixi hadisədir. Çünki 1995-ci ildə qəbul olunmuş konstitusyamız və 30 ildən sonra ərazilərimizin işğaldan azad olunmasından sonra suverenliyimizin təmin olunması Azərbaycan tarixində böyük əhəmiyyətə malik tarixi hadisələrdir. 2025-ci ildə tədbirlərimizi məhz bu önəmli il çərçivəsində daha yüksək səviyyədə keçirəcəyik. Vurğuladı ki, bütün tədbirlərimizdə iştirakçılar ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursuna tam dəstək verdiklərini və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin dünyada tanıdılması, irsimizin, mədəniyyətimizin təbliği, inkişafı üçün atdığı addımları rəğbətlə qarşıladıqlarını, təqdir etdiklərini bildiriblər. O dedi ki, sosial şəbəkələrdə də fəaliyyətimiz uğurla davam edir. İdarə etdiyimiz səhifələrin statistikası milyonlarla ölçülür. Bundan başqa İctimai Birliyə üzv olmaq istəyən vətəndaşlarımızın arzusu nəzərə alınaraq, yüzlərlə yeni üzv sıralarımıza qoşulub. “İMZA” İB-nin Türkiyə təmsilçisi, qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bildirdi ki, artıq İctimai Birlik bütün türk dünyasında yaxşı tanınır, fəaliyyəti müsbət qarşılanır. Xüsusi ilə də beynəlxalq əhəmiyyətli tədbirlərimiz rəğbətlə qarşılanır. H.Kılıç türk dünyasının ortaq maraqlarına xidmət edən layihələrin sayının artırılmasının önəminə diqqət çəkdi. Sədrin Beynəlxal məsələlər üzrə müavini Elnar Məmmədli “İMZA” İB-nin 2025-cü ildə keçiriləcək beynəlxalq və yerli əhəmiyyətli tədbirləri barədə danışdı. Qeyd etdi ki, yenə də qərbi Azərbaycan mövzusu diqqətdə saxlanılacaq. Soydaşlarımızın tarixi torpaqlarımıza qayıdış hüququna beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqəsdi ilə növbəti beynəlxalq konfransın keçirilməsinə hazırlıq işləri başa çatmaq üzrədir. Tədbirin yüksək səviyyədə baş tutmasında əvvəlki illərin təcrübəsi və təşkilatın getdikcə güclənən beynəlxalq əlaqələri həlledici rol oynayacaq. “İMZA” həmçinin daha bir beynəlxalq simpozium keçirməyi də planlaşdırır və hazırda həmin layihə üzərində intensiv iş aparılır. Sədrin müşaviri Emin Qəribli iclas iştirakçılarını daha çox iqtisadi əhəmiyyət daşıyacaq həmin tədbir barədə məlumatlandırdı. Bundan başqa “İMZA” milli mədəniyyətimiz və irsimizlə əlaqdar önəmli bir layihəni, həmçinin regionlarda sosial dəstək mahiyyətli və əhəmiyyətli aksiyalarını da bu il davam etdirəcək.
Sonra “İMZA” İB-nin yeni təyinatları açıqlanıb. İlahə Nadirova sədrin müşaviri, Elvira Məmmədova isə İnsan Resursları departamentinin rəhbəri təyin olunublar.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33

