İmişli rayon Ağsaqqallar Şurası İdarə heyətinin iclasında təşkilati məsələyə baxılıb
01.05.2025 [11:51]
İmişli rayon Ağsaqqallar Şurası İdarə heyətinin iclasında təşkilati məsələyə baxılıb.
Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, müavin Məmi Atakişiyev, aparat rəhbəri Murad Seyidov, İdarə heyətinin üzvləri və üzvü olmağa namizədlər iştirak edirdi.
İlk öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin və bu ərəfədə dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov iştirakçıları Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından salamladı
Saleh müəllim Ağsaqqallar şurasının fəaliyyəti haqında bəzi məlumatları diqqətə çatdırdı və qarşıda duran vəzifələrdən danışdı. Bildirdi ki, rayon ağsaqqallar şurası üzvlərinin sayı günü- gündən artır, eyni zamanda şuranın fəaliyyət istiqamətləri də sürətlə genişlənir. Hazırda müəyyən təlabat yaranmışdır ki, rayonun aktiv, nüfuzlu ziyalıları hesabına idarə heyətinin tərkibinə yenidən baxaq. Digər tərəfdən cəmiyyətimizdə qadınların xüsusi yeri, xidmətlərini nəzərə alaraq ehtiyac vardır ki, nüfuzlu qadınlar da idarə heyətində təmsil olunsunlar. Bu amillər şübhəsiz ki, şuranın fəaliyyətinə yeni bir nəfəs gətirməklə milli- mənəvi dəyrlərimizi həmişə üstün tutmaq, dövlətimizə, dövlətçiliyə və möhtərəm prezidentimizə sədaqətlə xidmət etmək kimi qarşıya qoyduğumuz missiyamızın həyata keçirilməsinin güclənməsinə, bu prosesə daha geniş tərkibdə əhalinin cəlb olunmasına və səmərəliliyin artmasına kömək edəcəkdir.
Saleh müəllim İmişli Rayon Ağsaqqallar Şurası idarə heyəti üzvlüyünə daxıl olmaları üçün müraciət olunan hörmətli xanımlara dəvəti qəbul etdiklərinə görə minnətdarlığını bildirdi. Ümumilikdə idarə heyətinə aşağıdakı namizədlərin nəzərdə tutulduğunu bildirdi:
1. Nigar Fərəcova,
2. Ofelya Abdullayeva,
3. Aygün Həsənova,
4. Səxavət Tağıyev,
5. Badil Əsgərov.
Sonra İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev İdarə heyətinin yeni üzvü olan hər bir şəxs haqqında faktlarla, ətraflı məlumat verdi. Bildirdi ki, onların hər birinin fəaliyyəti ilə yaxından tanışam. Uzun illər təhsilin idarəetmə strukturunda rəhbər vəzifədə çalışdığım dövrdə adları çəkilən şəxslərdən üç nəfərin - Nigar Fərəcova, Ofelya Abdullayeva və Səxavət Tağıyev - hər biri 20- 30 il müddətində məktəb direktoru işləyib. Onlar öz peşəkarlığı, təşkilatçılığı, şəxsi, insani keyfiyyətləri, habelə liderlik bacarığı ilə həmişə nümunə olublar. Aygün Həsənova isə şəhid anasıdır, hər birimizin dərin hörməti var. Digər namizəd Badil Əsgərovu da hər birimiz vətənpərvər, əzmkar bir şəxs kimi yaxından tanıyırıq. Vahid müəllim bu şəxslərin idarə heyəti üzvü olmasını ağsaqqallar şurasının fəaliyyətində yeni bir canlanma yaradacağına əminliyini bildirdi və onları təbrik edərək uğurlar arzuladı.
İmişli rayon Ağsaqqallar Şurası sədrinin müavini Məmi Atakişiyev də ürək sözlərini, səmimi fikirlərini tədbir iştirakçılarına çatdırdı.
Sonra hər biri ayrı- ayrılıqda olmaqla, açıq səsvermə yolu ilə Nigar Fərəcova, Ofelya Abdullayeva, Aygün Həsənova, Səxavət Tağıyev, Badil Əsgərov İmişli Rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü seçildilər.
Yeni seçilən idarə heyəti üzvləri də çıxış edərək onlara göstərilən etimada görə minnətdarlıqlarını bildirdi, üzərlərinə düşən vəzifələri şərəf və məsuliyyətlə yerinə yetirəcəklərini ifadə etdilər.
Sonda Saleh müəllim yeni seçilən şəxslərin hər birini bir daha təbrik etdi və uğurlar arzuladı. Saleh müəllim bildirdi ki, bu gün həm də, Əliqulular kənd ərazi təşkilatının sədri, rayon ağsaqqallar şurası idarə heyətinin üzvü Səxaxət Tağıyevin ad günüdür, onu hamımızın adından təbrik edir, sağlam, uzun ömür arzulayırıq.
Tədbirin sonunda xatirə fotoları çəkildi.
Xəbər lenti
Hamısına baxElanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Gündəm
31 İyul 09:25
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15

