/ / Azərbaycan Ağsaqqallar Şurasının Masallı və Yardımlı rayon təşkilatlarının hesabat konfransları keçirilib
Azərbaycan Ağsaqqallar Şurasının Masallı və Yardımlı rayon təşkilatlarının hesabat konfransları keçirilib
07.05.2025 [21:37]
May ayının 6-da Azərbaycan Ağsaqqallar Şurasının Masallı və Yardımlı rayon təşkilatlarının hesabat konfransları keçirilib.
Konfranslarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli və təşkilatın məsul şəxsi Elşad Quliyev, eləcə də rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Konfranslarda Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Masallı və Yardımlı Rayon İcra hakimiyyətlərinin başçıları Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmovu və tədbir iştirakçılarını salamlayaraq, ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan bəhs ediblər. Bildiriblər ki, rayonların inkişafında, ictimai-mədəni həyatında, gənc nəslin formalaşmasında böyük əməyi olan ağsaqqallarla mütəmadi görüşlər keçirilir, onların istək və təklifləri dinlənilir. Ulu Öndər Heydər Əliyevin daim ağsaqqallara böyük qayğı və diqqət göstərdiyini qeyd edən natiqlər vurğulayıblar ki, bu ənənəni layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ağsaqqalların rifah halının və ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradılıbdır. Rayon rəhbərləri çıxışlarının sonunda konfransların işinə uğurlar arzulayıblar.
Sonra Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin və Yardımlı Rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Əməşovun yerli təşkilatların hesabat dövrü ərzindəki fəaliyyətləri barədə məruzələri dinlənilib. Məruzələrdə rayonların Ağsaqqallar Şuralarının gördüyü işlərdən bəhs edilib. Vurğulanıb ki, yerli təşkilatlar rayonların ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək əhali arasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin təbliğ edilməsində, gənclərimizin vətənpərvərlik ruhunda formalaşmasında, maariflənməsində, həmçinin şəhid ailələri və qazilərlə görüşlərin keçirilməsində, onlara mənəvi dəstəyin göstərilməsində öz səylərini əsirgəməyiblər, bir çox əhəmiyyətli tədbirlər və görüşlər keçiriblər. Natiqlər bildiriblər ki, Azərbaycanın daha da inkişafı naminə ağsaqqallar bundan sonra da əllərindən gələni edəcəklər.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov tədbir iştirakçılarına Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını çatdıraraq, Masallı və Yardımlı rayonlarının zəhmətkeş və ziyalı əhalisi ilə növbəti dəfə görüşdən məmnun olduğunu bildirib. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs edən natiq ağsaqqalların da bu tərəqqi prosesindən kənarda qalmadığını vurğulayıb. Qeyd edib ki, biz xalqımızın Ümummilli Lideri Heydər Əliyev dövrünün yetirmələri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövrünün ağsaqqallarıyıq və üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Öz çıxışında hər iki rayon təşkilatının fəaliyyətini qənaətbəxş dəyərləndirən Abel Məhərrəmov gənclərlə aparılan maarifləndirmə işlərinin daha geniş və effektiv şəkildə davam etdrilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, bu gün gənclərimizə qlobal ideologiyadan daha çox milli ideologiyanı təbliğ etməliyik. Boşanmaların, ailədaxili zorakılığın, eləcə narkomaniyanın və digər mənfi halların gündən-günə artdığı bu dövrdə gənclərimizin ağsaqqal məsləhətinə, öyüd-nəsihətinə böyük ehtiyacı var. Daha sonra natiq Ulu Öndər Heydər Əliyevin tərəqqi yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, xüsusilə də işğaldan azad edilmiş şəhər və rayonlarımızda görülən bərpa-quruculuq işlərindən, insanların rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən səmərəli islahatlardan və uğurlu xarici siyasətdən ətraflı söz açıb. Bu günlərdə dövlət başçısının Çin Xalq Respublikasına olan səfərinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov bütün ağsaqqallara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Hesabat məruzələri ətrafında çıxış edən digər natiqlər də Masallı və Yardımlı rayon ağsaqqallarının fəaliyyətini qənaətbəxş hesab edərək, onlara gördükləri işlərdə nailiyyətlər diləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45

