II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi olub
27.08.2025 [17:58]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkil etdiyi “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr edilən II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi olub.
Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra II Beynəlxalq Multikulturalizm Gənclər Forumuna həsr olunmuş film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Forumun mövzusu - “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” özünü sözün əsl mənasında doğrultdu. İştirakçıların fikirləri, enerjisi bir daha göstərdi ki, gənclər sülhün davamlılığında, müxtəlifliyin təşviqində, xalqlar, mədəniyyətlər, dinlər arasında qarşılıqlı hörmətin möhkəmləndirilməsində əvəzolunmaz rola malikdirlər. Forum müddətində iştirakçılar Bakı, Xankəndi və Şuşada bir araya gələrək faydalı müzakirələr aparıb, müxtəlif baxış bucaqlarını bölüşüblər və bir daha əmin olduq ki, gənclər bu gün multikultural dünyada sülh quruculuğunun əsas qüvvəsidir. Forumun Bakı ilə yanaşı Xankəndidə və mədəniyyət beşiyimiz Şuşada keçirilməsi sülhün davamlılığını, bu ərazilərdə birgəyaşayışın yenidən qurulması zərurətini simvolizə edir. “Qürur hissi ilə deyə bilərik ki, bu Forum vasitəsilə dünyanın müxtəlif guşələrindən gəlmiş gənclər multikulturalizmin Azərbaycan nümunəsini yaxından gördülər. Onlar şahid oldular ki, burada multikulturalizm sadəcə bir şüar deyil, dövlət siyasəti, gündəlik həyat tərzi və birgəyaşayış fəlsəfəsidir,” – deyə Rəvan Həsənov vurğulayıb. İcraçı direktor diqqətə çatdırıb ki, dünya bu gün dözümsüzlük, radikalizm, ksenofobiya və mədəniyyətlərarası anlaşılmazlıqlar kimi ciddi çağırışlarla üz-üzədir. Ancaq belə forumlar göstərir ki, gənclər ədalətli, inklüziv və sülhpərvər gələcəyə aparan yolun önündə getməyə qadirdirlər.
Gənclər və idman naziri Fərid Qayıbov gənclərin Azərbaycan hökuməti üçün əhəmiyyətindən bəhs edib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər üçün müxtəlif səpkili tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, bir neçə gün ərzində forum iştirakçılarının ölkəmiz haqqında dolğun məlumatlar əldə edə bilmələri sevindirici haldır.
ICESCO-nun Bakı regional ofisinin direktorunun müavini Məryəm Qafarzadə deyib ki, mədəniyyətlərarası dialoqun və sülhün təşviqinə sadiqlik ruhlandırıcı və təqdirəlayiqdir. Gənclərin enerjisi və dərin bağlılığı bu Forumu mənalı və təsirli hadisəyə çevirdi. "Sülh, sadəcə, bir anlayış deyil. O İslamda dərin kök salmış əsas dəyərdir və ICESCO-nun missiyasının mərkəzi sütunudur. ICESCO uzun müddətdir sülh, təhsil və mədəniyyətlərarası dialoqun müdafiəçisidir. Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstana xidmət edən Bakıdakı regional ofisimiz əməkdaşlığa, mədəni mübadilə və barışığa təkan verən proqram və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edir. Bakı, Xankəndi və Şuşada keçirilən bu Forum gəncliyin, birliyin və ümumi dəyərlərin gücünün sübutudur. Bu, həqiqətən də, təkcə iştirak baxımından deyil, həm də söhbətlərin dərinliyi, əməkdaşlıq ruhu və hər birinizin nümayiş etdirdiyi sülhə səmimi sadiqlik baxımından böyük uğurdur”,- deyə Məryəm Qafarzadə vurğulayıb.
Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin direktoru Noufal Abboud və Stirlinq Fondunun regional direktoru Mohamed Dahab Forumun əhəmiyyətinə toxunaraq, tədbirin gənclər üçün faydalı olduğunu bildirib. Onlar gənclərin müxtəlif ölkələrdən olmasına baxmayaraq, bu müxtəlifliyin problem yox, əslində iştirakçılar arasında birliyin möhkəmlənməsinə xidmət etdiyinə diqqət çəkib. Çıxışçılar bu cür faydalı forumu reallaşdırdığına və onlara göstərilən münasibətə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Sonda forum iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.
Xatırladaq ki, “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusuna həsr olunan II Beynəlxalq Multikulturalizm Gənclər Forumuna avqustun 22-də start verilib. Bakı, Şuşa və Xankəndi şəhərlərində keçirilən Foruma dünyanın 50-dən çox ölkəsindən 70-dək iştirakçı qatılıb. İştirakçılar Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Heydər məscidini və Tolerantlıq Evini ziyarət ediblər. Forum iştirakçıları üçün ICESCO və onun Bakı Regional Ofisinin rəhbərliyi, Afrika İttifaqının Afrika Miqrasiya Müşahidə Mərkəzi və Nordik Münaqişələrin Transformasiyası Mərkəzinin tərəfdaşlığı ilə “Müxtəlifliyin gücü: Gənclər sülh və qarşılıqlı anlaşmanın hərəkətverici qüvvəsi kimi” mövzusunda seminar keçirilib.
İştirakçılar Xankəndi şəhərində aparılan abadlıq-quruculuq işləri ilə tanış olublar. Onlar BBMM-in şöbə müdiri İrina Kuninanın “Azərbaycan multikulturalizm modelinin xüsusiyyətləri” və Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyevin “Bakının sülh diplomatiyası: beynəlxalq hüquqda qayıdış hüququ və Azərbaycan konteksti” mövzusunda mühazirələrini dinləyiblər.
Forum çərçivəsində iştirakçılar üçün “Müasir konfliktlər zamanı sülhün bərpasında dinin rolu” mövzusunda interaktiv məşğələ aparılıb və onlar “Öz xalqını təqdim et” musiqili axşamlarda öz ölkələrinin mədəniyyətlərini təqdim ediblər. Şuşaya ekskursiya zamanı şəhərin tarixi və mədəni abidələri ilə tanış olub, Natəvanın evi, Bülbülün ev-muzeyi, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi, Vaqifin məqbərəsi və Cıdır düzünü ziyarət ediblar. Ekskursiya zamanı iştirakçılara işğaldan sonrakı bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
Xəbər lenti
Hamısına baxSosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

