İdrakla yaşanan ömrün təntənəsi...
03.09.2025 [13:46]
Doxsanıncı illərin əvvəllərində Azərbaycan xalqı müstəqilliyini bərpa etdi. Köklü dövlətçilik ənənələrini demokratik prinsiplər əsasında qurmağa, inkişaf etdirməyə başladı. Bu günə və sabaha münasibətdə yeniliklərlə çıxış etmək, müasir dünyanın tələblərinə uyğunlaşmaq əsas qayə hesab olunsa da, fəqət bu çoxşaxəli gedişat soykökümüzə, keçmişimizə bağlılıq üzərində qurulur, inkişaf etdirilirdi. Sözsüz ki, bu istiqamətdə çətinliklər, müxtəlif maneələr də vardı. Buna baxmayaraq dövlətimiz inamla irəliləməkdə davam edirdi. Bu da qaçılmaz idi. Çünki müstəqilliyin çətinliklə qazanıldığı bir zamanda, habelə yeniləşən dünyada köhnə tələb-münasibətlər, qayda-qanunlar, meyarlarla işləmək olmazdı. Buna görə də müasir təhsilin inkişafı dövlətin aparıcı xəttini təşkil edirdi. Şübhəsiz ki, gedişatın önündə böyük müəllim ordusu dayanırdı. Əbəs yerə deyildi ki, müasir və müstəqil Azərbaycanın qurucusu əbədiyaşar Heydər Əliyev müəllim adına ən ali qiymət verərək: "Yer üzündə müəllimdən yüksək ad tanımıram!" deyirdi. Böyük dövlət xadimi Heydər Əliyev təhsil sahəsini zamanın tələblərinə uyğun şəkildə qurmağa, islahatlar həyata keçirməyə başladı. Beləcə müstəqilliyin ilk illərindəcə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti bərpa olundu, planlı islahatlar həyata keçirildi. Təhsilin məzmunu, vəzifələri dəyişdi, köhnə stereotiplər aradan qaldırıldı, yeniliyə açıq, yaradıcılığa meyilli şagirdlər yetişdirilməyə başlanıldı. Artıq müəllim milli ideologiyanın tələblərinə cavab verəcək yeni insanın formalaşdırılması istiqamətində həssas, vacib, gərəkli və olduqca məsuliyyətli vəzifəni çiyinləri üzərinə götürmüşdü. Müəllim ordusu müasir təhsillə bərabər, təlim-tərbiyə ilə də məşğul olur, milli ideologiyanın formalaşmasında, milli düşüncənin düzgün məcrada inkişafında əvəzsiz xidmətlər göstərirdi. Xalqa xas dəyərləri yad və sərt təsirlərdən, təbəddülatlı dünyadan qoruyur, sözün tam mənasında fədakar əməkləri ilə seçilirdilər. Bu mənada xalqın dilində müəllim və məktəb ifadələri həmişə mübarək məqamda səslənir.
Belə mübarək ocaqlardan biri də məzunu olduğum Nəsimi rayonunda yerləşən Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdir. İllər keçsə də məktəbdə pedaqoji heyətin vaxtilə formalaşdırdığı sağlam mühit heç bir təsirə məruz qalmadan bugünkü günə qədər davam etməkdədir. Maraqlıdır ki, müəllimlərimizin siması bu gün də yaddaşımızda, gözlərimiz önündə canlanır. Biz həm də onların elmi, mənəvi, pedaqoji simasını tədris etdikləri dərslərlə yadda saxlamışıq. Bu dərslər canıyananlıqla, hümmət və qeyrətlə keçirilib. Şəkk-şübhəsiz ki, onların zəhməti əvəzsiz və əbədidir... Buna baxmayaraq, müəllimlərimizin məktəbdən ayrılıq xəbərlərini eşitdikcə mütəəssir oluruq. Şagird ikən elə zənn edirdik ki, məktəb müəllimlərimizin evidir. Müəllimi ikinci valideyn bilirdik. Müəllimlər öz övladlarından daha çox biz şagirdlərə zaman ayırırdı. Bu mənada məktəb, şagird amili müəllim üçün ifadə olunmayacaq qədər doğma və ayrılmazdır.
Yadımdadır, şagird ikən Bilik günü 1 sentyabr tarixinə təsadüf edirdi. Həmçinin bu təsadüfün üzərinə bir də müəllimim Aybəniz Soltanovanın doğum günü gələrdi. Burada təsadüfdən daha çox zərurət vardır. Çünki o, müəllim ailəsində dünyaya göz açıb. Mənalı ömrünü gənc nəslin təlim-tərbiyəsinə, övladlarının qayğısına bağlayan ziyalı xanım, nəcib insan kimi məsuliyyətlə çalışıb, heç vaxt bilik və bacarığını başqalarından əsirgəməyib. Aybəniz Soltanova həlim xasiyyəti, nəcib əməlləri, insani keyfiyyətləri ilə müəllimlik peşəsinin xüsusiyyətlərini, xarakterik cəhətlərini, bu sahənin cəmiyyət qarşısındakı məsuliyyət yükünü batinində yaşadır, ətrafa sirayət etdirir. Pedaqoji peşənin səciyyəvi xüsusiyyətlərindən olan "müəllim-tərbiyəçi" meyarına sadiq qalaraq, bu amili ömür kredosuna çevirdi.
Amma nə qədər çətin olsa da bu gün bir ayrılıq yenidən yaşandı. Orta məktəbə qəbul olunmağımda, təhsilə yiyələnməyimdə zəhməti, əməyi olan əziz müəllimim Aybəniz Soltanova, sanki bu gün uzun illik pedaqoji fəaliyyətinin son hesabatını verirdi. Doğrudur, bəlkə də müəllimlər belə məqamları, ayrılıqları soyuqqanlıqla qarşılayırlar. Axı onların başqa bir vəzifələri də rüblər, yarım illər üzrə aparılan və başa çatdırılan dərslərin nəticələrini təhlildir. Ona görə də bugünkü tədbiri idrakla yaşanan ömrün təntənəsi də adlandırmaq olardı. Beləcə, şagirdlərinə canlıların bioloji təkamülü, inkişafı ilə bərabər, həm də insan şəxsiyyətinin düzgünlük, ləyaqət prinsiplərini aşılayan dəyərli müəllimimiz Aybəniz Soltanovanın yubiley yaşı, həmçinin pedaqoji fəaliyyətinin 30 illiyi məktəb rəhbərliyi, müəllim yoldaşları, sevimli şagirdləri əhatəsində unudulmaz tarixə çevrildi.
Əsgər İsmayılov
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

