Azərbaycan Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
29.11.2021 [15:25]
Сeyhun Məmmədov
Milli Məclisin deputatı
Azərbaycan hər zaman regional əməkdaşlığa xüsusi önəm verib. Azərbaycanın fəal münasibətdə olduğu beynəlxalq qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (İƏT). Ölkəmizin İƏT-in fəal üzvü olması, beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyalar zamanı gəldikcə həyata vəsiqə qazanır. Belə ki, Ulu Öndər 2002-ci ildə İstanbulda keçirilən İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. 2006-cı ildə isə İƏT-in Bakıda keçirilən 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə keçirilən 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalandı. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir.
Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizi layihəsinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Artıq Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə başlayıb, sıfırdan yeni şəhər və kəndlər salmağa başlayıb. Artıq Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidenti İƏT-də qurucu lider kimi tanınır.
Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. Regionda yeni reallıq yaradan Azərbaycan məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etdi və kommunikasiyaların açılmasının vacibliyini önə çəkdi. Soçi görüşündən sonra Ermənistan bu çağırışlara artıq müsbət reaksiya verməyə başlayıb. Bu da regionda sülh və təhlükəsizliyin təmin olunması və region ölkələrinin inkişafı üçün çox əhəmiyyətlidir.
Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf edir, ölkədə aparılan genişmiqyaslı islahatlar nəticəsində sərmayə üçün münbit şəraitin yaradılıb. Bunu Dünya Bankının “Doing Business” hesabatı təsdiq edir. Hesabata əsasən xarici sərmayələr üçün açıq və cəlbedici ölkəyə çevrilən Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb.
Sammitdə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapdığını vurğulayan deputat deyib: “Aşqabad sənədində Azərbaycan xalqına və hökumətinə işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik ünvanlanıb. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Hesabatlarda Zəngəzur dəhlizindən danışılması bu layihənin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

