Azərbaycanlılar Gürcüstandan niyə deportasiya ediliblər?
01.02.2022 [10:21]
Viza rejiminin pozulması, qeyri-qanuni yaşamaq...
Pərviz
Ötən il Gürcüstandan 14 Azərbaycan vətəndaşı deportasiya edilib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında qeyd olunub. Bildirilib ki, 2021-ci ildə deportasiya edilən Azərbaycan vətəndaşlarından 3-ü kişi, 11-i isə qadın olub. Təkcə ötən ilin oktyabr-dekabr ayları ərzində 6 Azərbaycan vətəndaşı deportasiya edilib.
Azərbaycan ilə Gürcüstan arasında mühüm əməkdaşlıq əlaqələri mövcuddur. Yayılan bu xəbər isə narahatedici məqamlardan xəbər verir. Görəsən, azərbaycanlıların Gürcüstandan deportasiya edilməsinin səbəbləri nədir?
Bununla bağlı qəzetimizə danışan Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib ki, ortada dövlətlərarası münasibətlərə hər hansı bir xələl gətirəsi məsələ yoxdur. Belə ki, baş verənlər sadəcə qanun pozuntuları ilə bağlı ortaya çıxan problemlərdən qaynaqlanır: “Eyni proseslər Azərbaycanda da olur. Problemin yaranmasına isə bir sıra məsələlər yol açır. Məsələn, viza rejiminin pozulması, qeyri-qanuni yaşamaq kimi hallar bu kimi deportasiyalara səbəb olur. O cümlədən haqqında cinayət işi açılan şəxslər də deportasiya edilərək öz ölkəsinə təhvil verilir. Məsələ bundan ibarətdir. Gürcüstan DİN-in yaydığı məlumat isə illik hesabatdır və orada bu rəqəmlərin əks etdirilməsində qeyri-adi hal yoxdur”.
İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran İşçi qrupun rəhbəri bu yaxınlarda Gürcüstan - Azərbaycan parlament dostluq qrupunun rəhbəri, Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze ilə də görüşdüyünü dilə gətirib. O bildirib ki, Gürcüstanda fəaliyyət göstərən səfirliyimizlə də mütəmadi olaraq əlaqələr saxlanılır. “Mütəmadi olaraq səfirliklə də əlaqələrimiz var. Ortaya çıxan problemlər əsasən xırda qanun pozuntuları ilə bağlı olur ki, bu da öz həllini tapır. Ümumiyyətlə, Gürcüstanla Azərbaycan arasında son dövrlərdə hər hansı bir məsələ ilə bağlı mühüm ziddiyyət müşahidə olunmayıb. Hətta Azərbaycanda yaşayan azərbaycan əsilli Gürcüstan vətəndaşlarının pandemiya dövründə vaksinasiyası ilə bağlı problemin həllinə nail olduq. Üç minə yaxın azərbaycan əsilli Gürcüstan vətəndaşı vaksinasiyadan keçdi. Bundan başqa, II Qarabağ müharibəsində 22 nəfər əslən Gürcüstandan olan azərbaycanlı şəhid olmuşdu. Şəhidlərimizlə bağlı da Gürcüstanda böyük bir tədbir keçirdik. Anım günləri, Zəfər günü ilə bağlı tədbirlər təşkil olunub. Gürcüstan rəhbərliyinin nümayəndələri bu tədbirlərdə iştirak ediblər”, - deyə A.Nağıyev əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48

