Valideynlərə şad xəbər...
23.02.2022 [10:22]
Məktəb bufetlərinə ciddi nəzarət olacaq
MÜŞFİQƏ
Bəzi məktəb bufetlərində vəziyyət heç də ürəkaçıcı deyil. Azərbaycandakı 4500-dən çox ümumtəhsil məktəbində şagirdlərə bu xidməti göstərən bufetlərdə, demək olar ki, sağlamlığa birbaşa zərər vuran məhsullar satılır. Oradakı məhsullar heç bir səhiyyə qurumu tərəfindən yoxlanılmır. Həmçinin valideynlərin məktəb bufetlərinə etibar etməməsi şagirdlərin çantasının ağırlaşmasına səbəb olur. Həm şagirdlər, həm də valideynlər üçün ciddi narahatlıq yaradan bu problemin həlli yolu tapılıb.
“Məktəblilərin qida bələdçiləri” pilot layihəsinə start verilib
Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinə start verilib. “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün (ilkin mərhələdə 30 nəfər) 12 mövzudan ibarət seminar onlayn formada AQTİ mütəxəssisləri tərəfindən tədris olunacaq.
Bildirilib ki, seminar mövzuları əsasən qida təhlükəsizliyi, COVID-19-un profilaktikasına dair metodiki göstərişlər, sağlam qidalanmaya dair bilik və bacarıqlar, həmçinin ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalara nəzarət mexanizmləri nəzərə alınaraq hazırlanıb.
Məktəblərin bufetlərinə, qida təhlükəsizliyi və sanitar qaydalarına ictimai nəzarət olacaq
Seminarlar yekunlaşdıqdan sonra keçiriləcək imtahanı uğurla başa vuran iştirakçılar “Məktəblilərin Qida Bələdçiləri” nişanı ilə təltif olunacaq. Bu nişan sayəsində həmin şəxslər fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirəcək.
Eyni zamanda, təmsil etdikləri məktəblərdə bufetlər, sanitar qovşaq və digər ümumi istifadə olunan ərazilərə maarifləndirici məlumat banerləri yerləşdiriləcək, məktəblilərə paylanması üçün çap materialları ilə təmin olunacaq.
Müddəti keçmiş qidalar, içkilər...
Mövzu ilə bağlı qəzetimizə danışan təhsil eksperti Nadir İsrafilov deyir ki, ümumtəhsil müəssisələrindəki bufetlərdə bir çox normalar gözlənilmir: “Məktəb sadəcə bilik və bacarıq verməkdən ibarət deyil. Sağlam nəsil də yetişdirməlidir. Bu da qidalanmadan çox asılıdır. Uşaqların müəyyən hissəsi məktəb bufetində qidalanır. Bununla bağlı problem hər zaman aktual olub. Narazılıqlar və şikayətlər heç vaxt səngimir. Bura məktəb rəhbərliyinin nəzarəti də lazım? səviyyədə deyil. Bufetlər üçün lazım olan qidalar özəl şirkətlər tərəfindən təmin olunur. Müddəti keçmiş qidaların, eləcə də içkilərin bufetlərdə satılmasına icazə verilməməlidir. Buna bir nəzarətin olması və layihələrin icrası şübhəsiz ki, ümumi işimizin xeyrinə olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10

