G7 ölkələri Rusiya qazından imtina edir?
06.03.2022 [09:59]
N.BAYRAMLI
Böyük Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirləri Ukraynadakı vəziyyətlə bağlı bir araya gəliblər. Yaponiya, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa və İtaliya xarici işlər nazirlərinin görüşündə yaranmış vəziyyətdən çıxış yolları, Rusiyaya təsir imkanlarını müzakirə ediblər. ABŞ dövlət katibi Entoni Blinken Brüsseldə NATO formatında nazirlər səviyyəsində müzakirələrdən sonra G7 ölkələrinin iclasında iştirak edib. Görüşün özü isə qarışıq formatda - canlı və virtual keçirilib. Yaponiyanın xarici işlər naziri Yosimas Hayaşi videobağlantı vasitəsilə müzakirələrə qoşulub.
Görüş çərçivəsində G7 ölkələri Rusiya qazından imtinanın zəruriliyi ilə bağlı razılığa gəliblər. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass məlumat verib. “Biz birlikdə Ukraynanı dəstəkləyəcəyik, Rusiya iqtisadiyyatını isə sanksiyalarla sarsıdacağıq”, - deyə o qeyd edib.
Rusiya qazından imtina proseslərə necə təsir edə bilər? Mövzu ilə bağlı politoloq Ceyhun Əhmədli qəzetimizə açıqlamasında bildirib ki, G7 platformasında təmsil olunan Avropa ölkələrinin hamısının Rusiya qazından tamamilə imtina etməsi mümkün görünmür. Çünki statistik rəqəmlər göstərir ki, Avropa İttifaqı ölkələrinin qaza olan tələbatının 35-40 faizini Rusiya ödəyir. Onun sözlərinə görə, təkcə Almaniyanın Rusiya qazına olan tələbatı 45 faiz səviyyəsindədir: “ Ötən ilin qış aylarında Avropa İttifaqı ölkələrində təbii qazın qiyməti ilə bağlı böhran yaşanmışdı. Yəni bunun özü Avropada tələbatın yüksək olmasından xəbər verir. Düşünürəm ki, Avropa ölkələrinin, daha çox Almaniyanın Rusiya qazından imtina etməsi real deyil. G7 ölkələrindən Fransa da Rusiya qazından istifadə edir. Amma ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və İtaliyanın bu qərarı dəstəkləməsi başa düşüləndir. Çünki onların təbii qaz tələbatı başqa mənbələrdən formalaşır”.
Politoloq hesab edir ki, Rusiya qazından tamamilə imtina bu ölkədə böyük çətinliklərə gətirib çıxara bilər: “Ukrayna hadisələrinə görə tətbiq olunan sanksiyalar onsuz da Rusiya iqtisadiyyatına ciddi zərər vurmaqdadır. Ağır sanksiyaların ardınca təbii qazdan imtina haqda qərar verilməsi Rusiyaya daha çox çətinliklər yarada biləcək. Amma dediyim kimi, bu, real görünmür. Bəzən populist fikirlər səslənir. Amma həmin fikirləri real müstəvidə həyata keçirmək çox çətindir. Əgər Rusiya qazından istifadə edən ölkələr alternativ enerji vasitələri ilə özlərinin tələbatını ödəyə bilsəydilər, çoxdan rus qazından imtina edərdilər. Burada təkcə Ukrayna müharibəsi rol oynamır. Həm də Rusiya qazı çox baha satır. 1000 kubmetr qazın qiyməti 2300 dollardan çoxdur. Bu, yüksək rəqəmdir. Hansı ki, bu həcmdə vəsaitin qaza xərclənməsi maliyyə baxımından rentabelli deyil. Həmin ölkələr ABŞ-ın sıxılmış qazından istifadə edə bilər. Amma bunun mexanizmi bəlli deyil. Bu haqda qərar olsa da, uzun müddət tələb edir. Rusiya qazından ən azı bir il imtina edilməyəcəyini düşünürəm”.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

