Heydər Əliyev irsinin öyrənilməsi üçün dəyərli mənbə
01.06.2022 [10:11]
“Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı monoqrafiyası haqqında
Müasir Azərbaycan tarixinin 50 ildən artıq bir dövrü, o cümlədən müstəqil Azərbaycan dövlətinin formalaşması, dinamik inkişafı və dünya birliyinə inteqrasiya etməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadimi Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan bənzərsiz şəxsiyyətdir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş dahi liderin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Heydər Əliyev irsi elə bir xəzinədir ki, onu öyrənib, tədqiq edib başa çatdırmaq mümkün deyil. Ümummilli Lider haqqında saysız-hesabsız əsərlər yazılıb, cild-cild kitablar nəşr olunub. Bunların arasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun müəllifi olduğu “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı monoqrafiyası xüsusi önəm daşıyır.
Monoqrafiyada Heydər Əliyevin siyasətinin fəlsəfi mahiyyəti, azərbaycançılığın azərbaycanlılarının məfkurəsinə çevrilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, daxili və xarici siyasətin vəhdəti və milli maraqlara xidmət etməsi, sülh və əmin-amanlığın bərqərar olması kimi məsələlər sistemləşdirilmişdir.
Kitabda Heydər Əliyevin keçdiyi ömür yolundan, onun siyasi portret cizgilərindən, siyasi fəaliyyətinin sovet və müstəqillik dövründən bəhs olunur. Həmçinin Ulu Öndərin fəaliyyəti zəngin arxiv materialları və mötəbər sənədlər əsasında tədqiq olunur. Əsərdə daxili və xarici siyasətin vəhdəti, milli maraqlara xidmət etməsi məsələləri xüsusilə vurğulanır.
Monoqrafiyada, həmçinin dahi Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, Mehriban Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətindən bəhs olunur.
Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, onun qorunub saxlanması və möhkəmlənməsi naminə böyük və misilsiz fəaliyyəti tədqiqatda mühüm diqqət yetirilən məsələlərdəndir. Kitabda xüsusi olaraq qeyd olunur ki, Heydər Əliyev özünün möhkəm iradəsi, yenilməzliyi, böyük nüfuzu və titanik fəaliyyəti ilə dünya və regional proseslərə təsir göstərə bilmişdir.
Kitabda tədqiq olunan problemlərdən biri də Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etməsi məsələsidir. Vurğulanır ki, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci mərhələsi olan 1969-1982-ci illərdə Azərbaycanın bugünkü müstəqilliyinin sosial-iqtisadi əsaslarının bünövrəsi qoyulmuş, Azərbaycana rəhbərliyinin II mərhələsi olan 1993-2003-cü illərdə isə müstəqilliyimizin qurulub saxlanması, möhkəmləndirilməsi və onun əbədi olmasının əsasları yaradılmışdır. Qeyd edilir ki, Heydər Əliyev böyük siyasətçi, görkəmli dövlət xadimi olmaqla, həm də ədəbiyyatımızın, dilimizin, tariximizin, mədəniyyətimizin dərin bilicisi, ensiklopedik zəka sahibi, müdrik mütəfəkkir kimi tarixə düşmüşdür.
Müəllif monoqrafiyanın I fəslində Heydər Əliyevin hüquqi islahatlar strategiyasının iqtisadi inkişafın mühüm şərti olması məsələsini ətraflı izah edir. İslahatlar sərbəst rəqabətə meydan açdı, bazar iqtisadiyyatını reallaşdırdı, əlverişli investisiya mühiti yaratdı, iqtisadiyyatı keyfiyyətcə təkmilləşdirdi, sosial proqramları həyata keçirdi. Heydər Əliyev bütün siyasi fəaliyyəti dövrlərində daxili sosial-iqtisadi həyatı inkişaf etdirməklə yanaşı, xarici iqtisadi əlaqələri genişləndirdi, iqtisadi islahatlarda yeni keyfiyyət mərhələsi yaratdı. Bu dahi şəxsiyyət iqtisadiyyatın liberallaşdırılmasını, dövlət əmlakının özəlləşdirilməsini, torpaq islahatlarını uğurla həyata keçirdi, neft və qeyri-neft sektorunun inkişafını təmin etdi.
Kitabın II fəslində müəllif Heydər Əliyev və milli ideologiyanın formalaşması prosesindən söhbət açır. Heydər Əliyev milli dövlətçiliyi və milli-mənəvi dəyərləri milli ideologiyanın əsas iki komponenti hesab edirdi. Dövlətçilik ideologiyası insanları vətəndaş kimi formalaşdırır, onlarda vətənə məhəbbət yaradır. Vətəndaş dövlət maraqlarını müdafiə edir, dövlət maraqlarını şəxsi, fərdi maraqlardan üstün tutur. Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasını millilik, dövlətçilik, müstəqillik, dünyəvilik, insanlar-vətəndaşlar arası bərabərlik və bütövlükdə milli tərəqqinin təşkil etdiyini bildirirdi.
Kitabın III fəslində Ulu Öndərin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə bağlı “Mən ona özüm qədər inanıram...” söylədiyi fikirlər - son 18 ildə respublikanın ictimai-siyasi, sosial, mədəni və iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəni təmin edən amillər maraqlı və zəngin faktlar əsasında təhlil olunur. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi ?ələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu. Bu mərhələ, əslində, nəinki Azərbaycanda, bütövlükdə, Cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcı oldu.
Kitabın IV fəslində isə Birinci vitse-prezident Mehriban Əliyevanın yeniləşən Azərbaycan naminə fəaliyyəti tədqiq olunur. Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət sahələrində reallaşdırdığı genişmiqyaslı layihələr, onun təşəbbüsü ilə istər ölkə daxilində, istərsə də respublikamızın hüdudlarından kənarda həyata keçirilən tədbirlər olduqca yüksək qiymətləndirilir, səmərəli nəticələr verir.
Ümummilli lider Heydər Əliyev fenomeni nəinki Azərbaycanda, bütün dünyada özünə layiqli yer tutub. Azərbaycanın indiki uğurlarının təməlində məhz Ulu Öndərin siyasəti dayanır. Heydər Əliyev şəxsiyyətinin öyrənilməsi ilə Azərbaycanın dövlət olaraq necə yüksək inkişaf yolu keçdiyini bilmək olur.
Təsadüfi deyil ki, vaxtilə BDU-nun Mexanika-riyaziyyat və Hüquq fakültəsində təhsil alan Sadiq Qurbanov həmin universitetin Tarix fakültəsinin məzunu olan Heydər Əliyevə həsr etdiyi “Zamana sığmayan lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi” adlı kitabının təqdimatını Bakı Dövlət Universitetində keçirdi. Təqdimat mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev və digərləri önəmli fikirlər söylədilər, kitabın elmi, siyasi və mənəvi dəyərə malik olduğunu bildirdilər.
Monoqrafiya Ümummilli Liderin zəngin irsinin öyrənilməsi üçün faydalı olacaq, həm müəllimlərin, həm də tələbələrin yararlanacağı tədqiqat əsərinə çevriləcək. Heç şübhəsiz, Heydər Əliyev irsi bundan sonra da daim araşdırılacaq, yeni nəsillərin tədqiqat obyekti olacaq.
İbrahim Zeynalov
Tarix elmləri doktoru, professor
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42

