Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında hesabat konfransları keçirilir
04.06.2022 [19:39]
Şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə Gəncə, Samux, Göygöl və Daşkəsəndə təşkil olunub. Toplantılarda ağsaqqallarla yanaşı şəhər, rayon rəhbərlikləri, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.
Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən şəhər və rayon icra hakimiyyətlərinin rəhbərləri Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən və ölkəmizin hərtərəfli inkişafından bəhs ediblər. Natiqlər, həmçinin ağsaqqalların şəhər və rayonların ictimai-mədəni həyatında oynadıqları əhəmiyyətli roldan söhbət açaraq, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində onlara hər zaman böyük ehtiyac duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədovun, Samux Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramovun, Göygöl Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənovun və Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevin son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıda duran vəzifələr barədə məruzələri dinlənilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə ağsaqqallara, o cümlədən ahıllara göstərilən diqqət və qayğıdan söz açılıb. Ali və orta təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvlərinə, xüsusilə də gənclərimizə milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunun aşılanmasına böyük önəm verildiyi qeyd olunub. 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizin tarixi əhəmiyyətindən danışılıb, şəhid ailələrinə və qazilərə hər zaman böyük diqqət göstərildiyi vurğulanıb.
Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə heyəti üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb, hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Əmin olduğunu bildirib ki, artıq koronavirus pandemiyasının zəiflədiyi bu dövrdə yerli təşkilatlar öz fəaliyyətlərini daha səmərəli quracaqlar.
Bayram Yusifov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm Zəfərdən bəhs edərək, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən geniş vüsətli bərpa-quruculuq işlərindən, istifadəyə verilən hava limanından, tikinti və infrastruktur obyektlərindən, yüksək əhəmiyyətə malik yerli və beynəlxalq tədbirlərin keçirilməsindən böyük qürur hissi ilə danışıb. “Bu, artıq danılmaz və çox sevindirici bir faktdır ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tükənməz səyi, incə zövqü əsasında Vətənimiz gündən-günə daha da gözəlləşir və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilir”, - deyə o bildirib.
Bayram Yusifov onu da qeyd edib ki, ölkəmizdə gedən bu inkişaf prosesi Azərbaycan Ağsaqqallar Şurasında da özünü ciddi şəkildə göstərməkdədir. Şuranın sədri Eldar Quliyevin başçılığı ilə təşkilatda bir çox əhəmiyyətli işlər həyata keçirilir, o cümlədən beynəlxalq əlaqələr möhkəmləndirilir. Belə ki, son bir ildə Şuranın rəhbərliyi Türkiyədə və Türkmənistanda olub, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq baş naziri, Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımla, Türkmənistanın sabiq prezidenti və Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla və digər rəsmi şəxslərlə çox səmərəli və maraqlı görüşlər keçirib. Həmçinin Eldar Quliyev Türk Dövlətləri Təşkilatında nüfuzlu ağsaqqal olaraq Türkmənistanı təmsil edən Qurbanqulu Berdiməhəmmədovun fəaliyyətini yüksək dəyərləndirərək, onu “Fəxri ağsaqqal” ordeni ilə təltif edib.
Konfranslarda Respublika Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev və digər ziyalılar, şəhər və rayon Ağsaqqallar Şurasının, həmçinin YAP-ın yerli təşkilatlarının üzvləri və başqa natiqlər çıxış edərək, ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən söz açıblar. Azərbaycanın hər bir bölgəsində ağsaqqallara ayrılan diqqət və qayğıya, o cümlədən belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə minnətdarlıqlarını bildiriblər.
Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayevə vətənpərvərlik mövzusunda yazdığı şeirlərə görə “Qafqaz-Media” İB tərəfindən təltif olunduğu “Heydər Əliyev Zirvəsi-99” fəxri diplomu və medalı təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

