"Türkiyə nüvə silahına sahib olsaydı, heç bir dövlət Azərbaycanı bu qədər incidə bilməzdi..."
09.06.2022 [22:51]
"Biz mütləq Xankəndinə, Xocalıya qayıdacağıq"
"Ərdoğan hakimiyyətdə qalsa, 5 ildən sonra biz tamam başqa bir Türkiyə görəcəyik"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:
- Qüdrət bəy, BMT-nin nüvə məsələləri üzrə keçmiş müfəttişi Deyvid Olbrayt bu günlərdə mətbuata verdiyi açıqlamada bəyan edib ki, İran nüvə silahı əldə etməyə çox yaxındır. İranın nüvə silahı əldə etməsi dünya üçün nə qədər təhlükəlidir?
- Nüvə silahına sahib olan ölkələr nə qədər təhlükəlidirsə İran da o qədər təhlükəli olacaq. Ya hamı nüvə silahından imtina etməlidir, ya da ən azı əhalisinin sayı 50 milyonu keçən dövlətlərə bu hüquq tanınmalıdır. Nüvə silahı böyük çəkindirici gücə malikdir və təhlükəsizliyə xidmət edir. Ukrayna nüvə silahına sahib olsaydı Rusiya heç vaxt Ukraynaya hücum etməz, 10 minlərlə insan həyatını itirməz, yüzlərlə, minlərlə yaşayış məntəqəsi xarbazarlığa çevrilməzdi. İran nüvə silahı əldə etsə, Türkiyə, Misir də nüvə silahı əldə edəcək. Bu regionda yeni müharibələrin qarşısını alacaq, bizim kimi ölkələr nüvə silahına sahib, beynəlxalq hüquqa məhəl qoymayan dövlətlərin təzyiqlərindən qismən də olsa xilas olacaq. Məsələn, Türkiyə nüvə silahına sahib olsaydı, heç bir dövlət nə Azərbaycanı, nə də digər türk dövlətlərini bu qədər incidə bilməzdi. İran rəhbərliyi təzyiqlərə davam gətirməli və nüvə silahına sahib olmaq şansını əldən verməməli,digər iri dövlətlərə də yol açmalıdır.
İslam respublikaları olan Pakistan və İran daha bir neçə müsəlman dövlətinə nüvə silahına sahib olmaqda kömək etməlidir.Bu ona görə vacibdir ki,hazırda BMT başda olmaqla heç bir beynəlxalq təşkilat, yaxud ABŞ və ya Çin kimi super güclər kiçik dövlətlərin təhlükəzisliyinə təminat vermir. Ona görə də nüvə silahına sahib ölkələr əxlaqlı davranmalı və başqa ölkələrin də nüvə silahı əldə etməsinə mane olmamalıdırlar.
- Türkiyədə növbəti prezident seçkiləri yaxınlaşır, yenidən namizədliyini vermiş Ərdoğanın seçilməsi şansını necə qiymətləndirirsiniz?
- Hazırda Türkiyədə yüksək infilyasiya əhalinin sosial vəziyyətinə mənfi təsir göstərsə də Ərdoğanın hakimiyyəti illərində ölkə çox güclənib. Qərbin forpostu olmuş, qardaş Azərbaycana iki mülki helikopter vermək cəsarətində olmayan Türkiyə Ərdoğanın yürütdüyü hazırkı müstəqil siyasəti ilə dünyada hər kəsin hörmət etdiyi, yüksək texnologiyaya sahib sənaye dövlətinə çevrilməkdədir. O hakimiyyətdə qalsa, inanıram ki, belə də olacaq, 5 ildən sonra biz tamam başqa bir Türkiyə görəcəyik. Düşünürəm ki, Türkiyə vətəndaşları məsələrə strateji yanaşacaq və xarizmatik lider olan Ərdoğana yenidən etimad göstərəcəklər. Türkiyənin və region ölkələrinin ona böyük ehtiyacı var. Onu da qeyd edim ki, Türkiyədə kimin iqtidarda olmasından asılı olmayaraq bizim Türkiyə ilə qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edəcək.
- Ermənistanla münaqişəyə son qoyulması, Qarabağda Azərbaycanın suverenliyinin tamamilə bərpası perspektivlərini necə görürsünüz?
- Nə ABŞ, nə Rusiya, nə də Avropa İttifaqı münaqişəyə son qoyulmasında və Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpasında maraqlı görsənmir. Onlar yenidən danışıqları sonsuzluğa qədər uzatmağa çalışacaqlar. Azərbaycan Rusiya ilə yanaşı Türkiyə və türk dövlətləri ilə, Pakistan və İranla ciddi təmaslarda olmalı, suverenliyimizin bərpası üçün cəsarətli qərarlar qəbul etməlidir. İqtidar xalqımıza Qarabağ üzərində suverenliyimizi hansı müddətə və necə bərpa edəcəyinə dair planlarını açıqlamayıb, amma inanıram ki, belə bir plan var və biz daha 30 il mənasız danışıqlar aparıb, torpaqlarımızın işğal altında qalması ilə barışmayacağıq. Biz mütləq Xankəndinə, Xocalıya qayıdacağıq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

