Milli Qurtuluş Gününü ərazi bütövlüyünü təmin etmiş dövlət kimi qeyd edirik
13.06.2022 [17:16]
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Ulu öndər Heydər Əliyev Azərbaycan müstəqilliyini əbədi, dönməz etmiş dahi Liderdir. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafı üçün yorulmadan fəaliyyət göstərmiş, xalqımız düşdüyü çətin vəziyyətlərdən xilas etmişdir. Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanı dünya arenasında sayılıb seçilən ölkələr sırasına daxil olub.
1991-1993-cü ilin iyununadək olan dövr tariximizə xaos, anarxiya, özbaşınalıqlar dövrü kimi daxil oldu. O illər tariximizin qara səhifəsi kimi xarakterizə olunur. 1992-ci ildə hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının girovuna çevrilmələri, ümumiyyətlə, normal idarəçilik sistemi formalaşdırmaqdan, hadisələrdən düzgün nəticə çıxarmaqdan uzaq olmaları vəziyyətin hər an gərginləşməsinə səbəb oldu. Belə vəziyyətdə xalqımız əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etmişdir.
Azərbaycan dövlətçiliyi Ulu Öndərin sayəsində ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə irəliləyərək böyük nailiyyətlər qazandı. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli Liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətidir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunələrini bizlərə göstərdi. İllər keçdikcə 1993-cü ilin iyun hadisələrinin mahiyyətini daha dərindən dərk edir, tarixə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ilin ölkəmizin həyatında rolu yüksək dəyərləndirilir. Qurtuluş tarixi Zəfərimizin başlanğıcıdır. 15 İyun - Milli Qurtuluş Günü respublikamızda böyük təntənə, Zəfər sevinci ilə qeyd olunur. Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Milli Qurtuluş Gününü ərazi bütövlüyünü təmin etmiş dövlət kimi qeyd edirik.
Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bundan sonra da daim inkişaf edəcək, yeni zirvələr fəth edəcək.
Səltənət Əhmədova,
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində aparıcı mühəndis
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40

