Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xarici diplomatlar və hərbi attaşelər Füzulidəki dağıntılarla tanış olublar

Xarici diplomatlar və hərbi attaşelər Füzulidəki dağıntılarla tanış olublar

26.08.2022 [18:01]

Ankarada fəaliyyət göstərən, Azərbaycanda da akkreditə olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Ermənistanın işğalı illərində faktiki olaraq dağıdılmış Füzuli şəhərinin mərkəzinə baş çəkiblər.

“Report” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, onların dayandıqları yer bir vaxtlar çiçəklənən şəhərin mərkəzi olub, lakin işğal nəticəsində buradan yalnız xarabalıqlar qalıb.

Prezidentin xüsusi nümayəndəsi Füzulidə aparılan bərpa işlərindən də danışıb.

Onun sözlərinə görə, şəhərin mərkəzində bərpa işləri aparılarkən xarabalıqların bir hissəsi qorunub saxlanılacaq: “Şəhərin bu hissəsində Füzulinin işğalı zamanı məruz qaldığı bütün dağıntıları göstərəcək muzey yaradılacaq”.

E.Hüseynov onu da qeyd edib ki, hazırda Füzulidən Şuşaya yeni yol çəkilir.

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31