16 oktyabr - Ümumdünya Qida Günüdür
15.10.2022 [11:05]
Nicat
16 oktyabr Ümumdünya Qida Günüdür. Bu münasibətlə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) baş direktorunun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Vladimir Oleqoviç Raxmanin müraciətlə çıxış edib. FAO baş direktorunun köməkçisinin müraciətində deyilir: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) hər il 16 oktyabr tarixini Ümumdünya Qida Günü kimi qeyd edir. Bu gün bizim üçün xüsusi diqqət ayıraraq aclığa son qoymaq və kollektiv olaraq nə edə biləcəyimizi düşünmək üçün gündür. Bu gün həmçinin, dünyada sağlam qidaya sahib olmayan 3,1 milyard insan və aclıqla mübarizə aparan 828 milyon insan üçün bütün bacardıqlarımızı səfərbər etmək üçün gündür. Biz birlikdə çalışıb səylərimizi birləşdirərək, dünya miqyasında, eləcə də Avropa və Mərkəzi Asiyada insan tələfatına səbəb olan və uşaqlarımızın sağlam gələcəyini riskə atan aclığa və qida çatışmazlığına son qoymaq üçün gecikmədən addımlar atmalıyıq”.
V.Raxmanin qeyd edir ki, dünya son iki ildə bir çox sayda insanın təsirlənməsi ilə nəticələnən qlobal böhranlarla üzləşib: “COVID-19 pandemiyası, qida istehsalına təsir edən ekstremal hava hadisələri, ərzaq və enerji məhsullarının qiymətlərinin artması və münaqişələr Avropa və Mərkəzi Asiya regionuna da təsir edib. Aclıq və qida çatışmazlığı artmaqda davam edir və bununla da daha çox insan yoxsulluğa düçar olur. İndi, hər zamankından daha çox, hər kəs üçün, hər yerdə yeni bir ümid yaratmaq üçün birlikdə çalışmağın vaxtıdır.
Biz hər kəsin hər zaman təhlükəsiz, əlverişli və sağlam qidaya çıxışının olmasını təmin etmək üçün tədbirlər görməliyik. Dayanıqlı dəyişiklik yalnız razılaşdırılmış, qətiyyətli kollektiv fəaliyyətlə baş verə bilər.
FAO-nun rəhbərlik etdiyi mühüm və genişmiqyaslı dəyişikliklərdən biri qida sistemlərinin düzgün istiqamətdə yönləndirilməsi, bazara çıxışın və inteqrasiyanın asanlaşdırılmasıdır. FAO-nun daha yaxşı istehsal, daha yaxşı qidalanma, daha yaxşı ətraf mühit və hamı üçün daha yaxşı həyat təşəbbüsü qida sistemlərinin daha səmərəli, dayanıqlı olmasına töhfə verəcək. Bizim aqro-ərzaq sistemlərimiz daha ədalətli və güclü gələcək üçün böyük potensiala malikdir, çünki onlar həyatımızın və iqtisadiyyatımızın bir çox sahələri ilə - kənd təsərrüfatından tutmuş təbii ehtiyatlara, enerjiyə, səhiyyəyə qədər bir-biri ilə bağlıdır.
Avropa və Mərkəzi Asiyada aqro-ərzaq sistemlərinin davamlı inkişafında baş verən ictimai-siyasi keçidlər olduqca böyük təsirə malikdir. Regionda FAO daha dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması üçün milli və regional ticarət siyasətlərinin inkişafına dəstək verir.
Amma bu məqsədə çatmaq üçün biz qlobal cəmiyyət kimi birgə hərəkət etməliyik. Biz aclıq, qida çatışmazlığı, ərzaq təhlükəsizliyi və qıtlıq riskinin mövcud olduğu ölkələrə dəstək olmalı, onlara ərzaq sistemlərinin inkişaf etdirilməsinə kömək etməliyik, humanitar müraciətləri maliyyələşdirməli və dayanıqlığı artırmalıyıq. Yerli qida istehsalının artırılmasına, təbii sərvətlərin qorunmasına, yerli ənənələrin və mədəni əhəmiyyətli torpaqların və aqro-ekosistemlərin tanıdılmasına daha çox üstünlük verilməlidir.
Biz kənd təsərrüfatı sistemlərinə sərmayə qoymaqla ən həssas təbəqələri, o cümlədən kiçik sahibkarları gücləndirməliyik. Bu, kiçik sahibkarları dəyişikliyin əsas hissəsinə çevirərək, praktiki təlimlərə, elmə, məlumatlara, texnologiyaya və innovasiyalara birbaşa çıxışın təmin olunmasına gətirib çıxaracaq. Kənd təsərrüfatının innovasiyası və rəqəmsallaşdırılması kiçik fermerlərə hava, torpaq şəraiti, suvarma, daşqın kimi hadisələrdən sonra sığorta ilə bərpa, zərərvericilərə qarşı mübarizə kimi vacib məlumatlara çıxış imkanı verməklə kiçik fermerlərin dolanışıqlarını yaxşılaşdıra və daha da sürətləndirə bilər.
Avropa və Mərkəzi Asiyada kiçik təsərrüfatların, ailə təsərrüfatlarının və gənclərin səlahiyyətləndirilməsi üzrə regional təşəbbüs çərçivəsində FAO rəqəmsal bacarıqlara malik kənd icmalarının inkişafına dəstək verir. Burada əsas məqsəd kiçik sahibkarlara gəlirlərin artırılmasına kömək etmək və gələcək üçün həm təsərrüfatda, həm də təsərrüfatdan kənar məşğulluq və biznes imkanlarını təmin etməkdir. Layiqli məşğulluq insan ləyaqətinin əsasını təşkil edir. Biz gender bərabərliyini təşviq etməklə və kənd icmalarını dəstəkləməklə bərabər, layiqli kənd məşğulluğuna nail ola bilərik. Eyni zamanda, hökumətlər həssas qrupları qoruyan sosial müdafiə proqramlarını vaxtında və dəqiq şəkildə təmin etməlidirlər.
Builki Ümumdünya Qida Gününün bu səyləri sürətləndirərək heç kimin kənarda qalmadığı, hər kəsin sağlam və faydalı qidaya çıxışı olduğu gələcəyə addım atmasına dəstək olacağına ümid edirəm”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

