Gəncəyə raket hücumları...
18.10.2022 [10:50]
İnsanlıq əleyhinə törədilən cinayət
Nicat PAŞA
44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hərbi birləşmələri tərəfindən Gəncə şəhərinə müxtəlif vaxtlarda 5 dəfə raket atılmasından 2 il ötür. Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini hədəf seçərək yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri atəşə tutub.
Müharibə ərazisindən 60 kilometr uzaqda yerləşən Gəncə şəhərinə ilk raket hücumu 2020-ci il oktyabrın 4-də reallaşıb. İlk hücum nəticəsində 1 mülki şəxs-Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 39 nəfər mülki şəxs isə yaralanıb. Bu raket hücumu cəbhədə deyil, kənar əraziyə edilən ilk hücüm idi. Bir gün sonra Gəncə şəhəri təcavüzkar dövlət tərəfindən ikinci dəfə yenidən raket hücumuna məruz qaldı, nəticədə, 3 mülki şəxs yaralandı. Növbəti raket hücumu oktyabrın 8-də baş verdi. Bu dəfə 3 mülki şəxs yaralanıb, infrastruktura, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Lakin Ermənistanın qəbul olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxması bununla məhdudlaşmır. Belə ki, oktyabrın 11-də Gəncə dördüncü dəfə raket hücumu ilə üz-üzə qalır. Nəticədə, 10 mülki şəxs şəhid olur, 40-dan çox insan yaralanır. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla, 16 nəfər şəhid olur, 55 nəfər isə yaralanır.
Xatırladaq ki, ümumilikdə hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ciddi ziyan dəyib. Raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlıların olmasını xüsusilə qeyd etmək lazımdır. Prezidentin köməkçisi Hikmət Hacıyev bu hücumu “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırımı aktı” adlandırıb.
Ermənistan tərəfindən törədilən qeyri-insani əməllər BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanıb. Sonuncu hücum isə müharibə cinayəti adlandırılıb. Baş verən vandalizm aktının dünya birliyi tərəfindən tanınması istiqamətində davamlı olaraq addımlar atılmaqdadır.
Yeri gəlmişkən, dünən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri Gəncəyə səfər ediblər. Diplomatik korpusun rəhbərləri burada Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.
Abidə kompleksi önünə gül dəstələri düzülüb, raket zərbələri nəticəsində həlak olanların xatirəsi ehtiramla anılıb.
Sonra xarici diplomatların iştirakı ilə Gəncə terroru qurbanlarının anım tədbiri keçirilib.Anım tədbirində diplomatlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Baş Prokurorluğun nümayəndələri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edib.
Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, 2020-ci il Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu. Azərbaycan Silahlı Qüvvələri Ali baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın davam edən erməni işğalına son qoydular. O bildirib ki, 44 günlük vətən müharibəsində Gəncə şəhəri ağır sınaqlarla üzləşib: “Gəncə şəhəri dəfələrlə raket atəşinə tutuldu. Gördüyünüz kimi, raket zərbələri endirilmiş ərazilərdə hər hansı hərbi infrastruktur yerləşmir. Bu da Ermənistan tərəfinin bu cinayətləri qəsdən törətdiyini bir daha təsdiqləyir. Gəncəyə edilən hücumlar nəticəsində 26 dinc sakin həyatını itirib, 142 nəfər yaralanıb. Eyni zamanda, bu hücumlar nəticəsində 3 mindən çox obyektə ziyan dəyib. Ermənistan tərəfi bu təcavüzkar hücumları ilə ölkəmizdə xaos yaratmaq istəyirdi”.
Ötən gün Baş Prokurorluq da Gəncə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

