Turan TV-ni Fransadakı İran agenturası maliyyələşdirir?
26.10.2022 [10:34]
“Verbovka” olunduğunu etiraf etmiş Qənimət Zahidin Fransa “sərgüzəştləri”...
SADİQ
Xaricdə şəbəkələşmiş antiazərbaycan mərkəzlərin hər zaman “sapı özümüzdən olan baltalar”dan istifadə etməsi heç kimə sirr deyil. Bu mənada, Azərbaycana qarşı olan dairələr və dövlətlər satın aldıqları, başqa sözlə “verbovka” etdikləri şəxslərin “xidmətindən” də geninə - boluna istifadə edirlər. Fəaliyyəti dövründə Azərbaycana qarşı xəyanətdən başqa heç bir “xidməti” ilə yadda qalmayan Turan TV və onun rəhbəri Qənimət Zahid də bir sıra xarici ölkələrə bu və ya digər şəkildə “bağlı” olan şəxslərdəndir.
Bioqrafiya insanı hər addımda təqib edir, izləyir. Qənimət Zahidin də bioqrafiyasında bu kimi “izləyici ştrixlər” az deyil. 1998-ci ildə qəfildən İrana “səfər edən” və qayıtdıqdan sonra isə İranın xüsusi xidmət orqanları ilə işbirliyinə razılaşdığını bəyan edən Qənimət Zahidin kimliyi cəmiyyətə yaxşı tanışdır. Həmin dövrdə keçirdiyi mətbuat konfransında bu faktı etiraf edən Q.Zahid sonradan bu işbirliyindən “imtina etdiyini” desə də... Bu birtərəfli imtina olmuşdu - yəni İran xüsusi xidmət orqanları Q.Zahidlə “işləməkdən” imtina etməmişdi. Sadəcə, bu işbirliyi üçün münbit şəraitin formalaşması lazım gəlirdi.
Bu münbit şərait isə Azərbaycana qarşı hər zaman qərəzi ilə seçilən Fransada mümkün oldu. Sirr deyil ki, Fransa İran kəşfiyyatının ən rahat, sərbəst hərəkət etdiyi regionların önündə gəlir. Hətta bəzi tarixi faktlara nəzər saldıqda, bunu daha açıq şəkildə görmək mümkündür. Q.Zahidin “siyasi mühacirət” etdiyi zaman niyə məhz Fransanı seçməsinin də sirri burada ortaya çıxır. Nəzərə almaq gərəkir ki, Q.Zahid bir zamanların ən populyar “mühacirət alverində” adı hallanan AXCP sədri Əli Kərimlinin bu biznesdəki əsas adamlarından sayılırdı. Həmin dövrdə isə “mühacirət biznesi”nin ən mühüm dayanacaq nöqtəsi heç də Fransa sayılmırdı. Belə nəticəyə gəlmək olar ki, Q.Zahidin məhz Fransada yerləşdirilməsi də xidmət etdiyi xarici agentura şəbəkəsinin “arzusundan” qaynaqlanıb. Görünür, Q.Zahidin Fransada “fəaliyyət” göstərməsi İran xüsusi xidmət orqanları ilə qarşılıqlı şəkildə fəaliyyəti üçün daha rahat sayılıb.
Bu faktın gerçəkliyi Turan TV-də yayımlanan “verlişlərə” baxdıqda da tam şəkildə ortaya çıxır. Fransanın və ya İranın ölkəmizə qarşı hər hansı bir qərəzi meydana çıxan kimi Turan TV və onun “verbovka” olunduğunu etiraf etmiş rəhbəri “meydana atılır”, sinəsini sipər edir. Azərbaycandan ya Fransanın, ya da İranın əleyhinə yönələn haqlı iradlara isə rəsmi Tehrandan və Parisdən öncə Qənimət Zahid cavab verməyə “can atır”. Bu qədər “fransız”, bu qədər “İran” sevgisinin altında isə sadəcə Azərbaycan xalqına və dövlətinə qarşı olan kin-küdurət, məkr yata bilməz. Bu “simpatiya”nın arxasında böyük maliyyələrin, maddi dəstəklərin dayandığı aşkardır. Başqa sözlə, bu fakt Q.Zahidin məhz İran xəfiyyə təşkilatı tərəfindən maliyyələşdirdiyini deməyə əsas verir.
Xəbər lenti
Hamısına baxElm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54

