Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı metrosunun 55 illiyi münasibəti ilə yubiley poçt markaları buraxılıb

Bakı metrosunun 55 illiyi münasibəti ilə yubiley poçt markaları buraxılıb

27.10.2022 [12:54]

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC Bakı metrosunun 55 illiyi münasibəti ilə yubiley poçt markaları buraxıb.

yeniazerbaycan.com xəbər verir ki, markaların birində Bakının rəmzləri hesab edilən tarixi və müasir tikililərin əhatələdiyi dairə boyunca hərəkət edən metro qatarının qrafik təsviri verilib.

Təsvirin tam mərkəzində “55” rəqəmi həkk olunub. Dairəvi təsvirin aşağı sahəsində “1967-2022” tarixləri və “Bakı Metropoliteni” ifadəsi qeyd olunub. Markanın konsepsiyasında metropoliten Azərbaycan paytaxtının tarixi-mədəni abidələrini, milli-mədəni irsimizin dəyərlərini özündə ehtiva edən paytaxt rəmzi kimi göstərilib.

“Azərpoçt”un dövriyyəyə buraxdığı digər markada isə metroda hərəkət edən texnoloji innovasiyalar baxımından sonuncu nəslə mənsub vaqonlardan ibarət qatar tərkibi öz əksini tapıb. Markanın yuxarı hissəsində “55 il. Bakı metropoliteni. 1967-2022”, qatar təsvirinin aşağı hissəsində isə “2018-2021-ci illər 81-765 B./766 B. seriyalı vaqonlardan ibarət qatar” sözləri qeyd olunub.

Markaların tərtibat müəllifi rəssam-mütəxəssis Orxan Qarayevdir.

Paylaş:
Baxılıb: 646 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30