Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistan ordusunda əsgərlər arasında atışma olub, ölən var

Ermənistan ordusunda əsgərlər arasında atışma olub, ölən var

30.10.2022 [15:04]

Ermənistan Silahlı Qüvvələrində xidmət etmək üçün ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub. Onlardan biri ölüb. 

Sputnik Armeniya” xəbər verir ki, bununla bağlı Ermənistan İstintaq Komitəsi cinayət işi açıb.

İlkin məlumata görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatdan çağırılan Misak Petrosyanla mübahisə edib.

Mübahisə zəminində o, hərbçi yoldaşına avtomatdan atəş açaraq, başına xəsarət yetirib. Hərbçi hadisə yerində ölüb.

Bundan sonra sıravi əsgər özünü ayağından vurub. 

Faktla bağlı cinayət işi başlanıb.

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30