Ölüm mələyi...
01.12.2022 [10:53]
Bu gün Beynəlxalq QİÇS-lə Mübarizə Günüdür
Səidə RƏHİMLİ
1988-ci ildən etibarən hər il 1 dekabr Beynəlxalq QİÇS-lə Mübarizə Günü olaraq qeyd olunur. Bu gün qazanılmış immun çatışmazlığı sindromuna diqqət yetirilir, insanlar bu barədə maarifləndirilir və virusun səbəb olduğu xəstəliklərdən vəfat etmiş insanların xatirəsi yad edilir. 1 dekabr, həm də ilk qlobal sağlamlıq günü kimi tarixə düşüb. Dünyada sağlamlığın qorunması məqsədilə müxtəlif ölkələrdə yüzlərlə tədbir keçirilir. Həkimlər QİÇS xəstəliyi haqqında insanları məlumatlandırmaq üçün sosial şəbəkələrdə paylaşımlar edirlər.
QİÇS nədir? Bu xəstəliyin əlamətləri nələrdir?
Xəstəliyə səbəb olan HİV virusu orqanizmin müdafiəsində mühüm olan ağ qan hüceyrələrini məhv edərək immunitet sistemini boğur. Nəticədə isə orqanizm bütün xəstəliklərə qarşı həssaslaşır. Bu xəstəliyə yoluxan insanlar üçün müalicə edilə bilən xəstəliklər belə ölümcül ola bilir. İmmun sisteminin zəifləməsi ilə ağır yoluxucu xəstəliklər, hətta xərçəng və buna bənzər ciddi xəstəliklər yarana bilər.
İlk QİÇS-ə yoluxma halları 1981-ci ildə qeydə alınıb. O vaxtdan bəri 75 milyon insan HİV-ə yoluxub və QİÇS hər il 2 milyondan çox insanın ölümünə səbəb olur. Ölənlərin 270 mindən çoxu isə uşaqlardır. Xüsusilə son bir neçə onillikdə QİÇS epidemiyasının aradan qaldırılması üçün vacib işlər görülüb. Müalicə metodu hələ tapılmasa da, yeni növ dərman preparatlarının istifadəyə verilməsi virusun qarşısının alınmasında yeni ümidlər yaradır. Statistik məlumatlara görə, son dövrlər bu sağalmaz xəstəliyə yeni yoluxanların və ölənlərin sayı azalıb. Bundan əlavə, effektiv müalicə alanların sayı da artıb. Sevindirici haldır ki, müayinə və müalicə prosesində əhəmiyyətli irəliləyişlər əldə edilərək virusun əvvəlki sürətlə yayılmasının qarşısı alınıb. 1996-cı ildə QİÇS-ə yoluxmuş 20 yaşlı gəncin gözlənilən ömrü 39 il idisə, bu gün 78 ildir. Ən son statistikaya görə isə dünyada təxminən 38 milyon insan HİV daşıyıcısı kimi həyatına davam edir.
Həkimlər HİV virusuna yoluxmuş insanlarda xəstəliyin erkən diaqnozunun qoyulması və sağlam insanlara keçməsinin qarşısını almaq üçün xəstəliyin simptomları, əlamətləri, ötürülmə yolları və qorunma üsulları haqqında insanları məlumatlandırmağın vacib olduğunu qeyd edirlər.
HİV virusunun əlamətlərinin özünü göstərməsi orqanizmdən asılı olaraq dəyişə bilir. Əlamətlər aylar və ya illər ərzində özünü göstərə bilər. Virus bədənə daxil olduqdan sonra sürətlə çoxalmağa başlayır. Virusun səviyyəsi müəyyən həddi keçdikdən sonra artıq ilkin əlamətlər yaranmağa başlayır. Bunlar gündəlik həyata təsir edən əlamətlər olmadığına görə bəzən diqqət yetirilmir.
İlkin əlamətlər sırasına daxildir:
* yorğunluq;
* halsızlıq;
* aralıqlı ishal problemi;
* ağızda ağ ləkələrin olması;
* tez-tez xəstələnmə.
Xəstəliyin sonrakı mərhələlərində isə daha ağır əlamətlər özünü göstərməyə başlayır:
* sürətli arıqlama;
* uzun sürən ishal;
* gecə tərləmələri;
* tez-tez təkrarlanan qızdırma;
* ağızda dərin ağ yaralar;
* bədəndə yaranan çəhrayı, qırmızı və ya bənövşəyi ləkələr;
* unutqanlıq.
Bu xəstəliyin müalicəsi üçün erkən diaqnoz əsasdır. Müalicənin ilk dövründə virusun məhv etdiyi immun sistemi hüceyrələrinin bərpasına çalışılır. Dərmanların vaxtı-vaxtında qəbul edilməsi ilə xəstəliyi nəzarətdə saxlamaq mümkün olur.
Virusun ötürülmə yolları qan vasitəsilə, cinsi əlaqə vasitəsilə və ana südü vasitəsilədir. QİÇS xəstələri ətrafındakı insanları bundan xəbərdar etməli və qorumalıdır.
Psixoloqlar QİÇS xəstələrinin əksəriyyətinin psixoloji vəziyyətinin gərgin olduğunu qeyd edirlər. Aydın məsələdir ki, hər ciddi xəstəlik insan psixologiyasına mütləq təsir edir. Bunu qəbul edib xəstəliklə yaşamağı bacarmaq üçün uzun yol qət etmək lazım gəlir. QİÇS xəstələri depressiyaya və özünəqapanmağa meyilli ola bilirlər. Çoxları bu xəstəlikdən utandığı üçün ətrafına bundan bəhs edə bilmir. Elə bu da onların psixoloji vəziyyətlərinin gərgin olmasına bir səbəbdir. Dərd paylaşdıqca azalar, içinə atdıqca isə bizim özümüzə ziyan vurur. Bu kimi hallar depressiya ilə nəticələnə bilir. Bəzi QİÇS xəstələri isə aqressiv olurlar və insanları yoluxdurmaqdan heç çəkinmirlər. Belə hallarla rastlaşdıqda psixoloqlara müraciət edib psixoloji müayinə almaq mütləqdir. Bunları nəzərə alaraq, hər birimiz ətrafda ola biləcək yoluxucu xəstəliklərə qarşı özümüzü qorumalıyıq.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

