Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Rusiyada yaşayış evindəki partlayışda ölənlərin sayı artıb

Rusiyada yaşayış evindəki partlayışda ölənlərin sayı artıb

04.12.2022 [22:15]

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində beşmərtəbəli yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Hadisə nəticəsində 15 nəfər xəsarət alıb, onlardan 6-sı ölüb, 4-ü xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, dekabrın 4-də Nijnevartovskda qaz partlayışı baş verib, nəticədə beşmərtəbəli yaşayış binasının iki mərtəbəsi uçub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, partlayışa qaz balonunun düzgün quraşdırılmaması, həmçinin istismar qaydalarının pozulması olub.

Rusiya İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olması ilə bağlı cinayət işi açıb.

Paylaş:
Baxılıb: 500 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31