Azərbaycan Mətbuat Şurasında “Günaz TV” rəhbəri Əhməd Obalı ilə görüş keçirilib
05.12.2022 [17:12]
Bu gün Azərbaycan Mətbuat Şurasında “Gunaz TV”nin qurucusu Əhməd Obalı ilə görüş keçirilib. Toplantıda MŞ İdarə Heyətinin üzvləri, ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, media təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə MŞ sədri Rəşad Məcid açaraq bildirib ki, İranda davam edən etiraz dalğası fonunda orada yaşayan soydaşlarımızın hüquq və azadlıqları məsələsi müstəsna önəm daşımaqdadır. Prezident İlham Əliyevin onların ana dillərində təhsil almalarının zəruriliyini qabartması həm Azərbaycan cəmiyyətində, həm də cənublu soydaşlarımız arasında böyük nikbinlik yaradıb.
MŞ sədri deyib ki, rəhbərlik etdiyi qurum “Günaz TV”nin qurucusu Əhməd Obalı ilə media təmsilçilərinin görüşünü təşkil etməklə, Azərbaycan vətəndaşlarını düşündürən məsələlər barədə mediamızın müfəssəl məlumatlara sahib olması ehtiyacını əsas tutub. O, çıxışında Ə.Obalının Xudafərin körpüsündə olduğunu, işğaldan azad edilmiş bölgələrimizə səfər gerçəkləşdirdiyini, təəssüratlarını media ilə bölüşməsinin əhəmiyyətini də vurğulayıb.
İranda aylardan bəri davam edən etiraz dalğasına münasibət bildirən Ə.Obalı bu proseslərin Cənubi Azərbaycanın fars rejimindən qurtulması, milli haqlarına qovuşması baxımından vacibliyindən söz açıb, bunu tarixi fürsət kimi dəyərləndirib. O, eyni zamanda, Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının mövcud istiqamətdəki rolundan danışıb. Bu mənada Prezident İlham Əliyevin son aylarda üç dəfə Arazın o tayındakı soydaşlarımızın hüquqlarını önə çəkən fikirlərinin böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb, qətiyyətli və prinsipial mövqeyinə görə dövlət başçısına təşəkkürünü ifadə edib.
Ə.Obalı çıxışında, həmçinin, işğaldan azad edilmiş ərazilərə, Xudafərin körpüsünə səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Həmin ərazilərdə Azərbaycan, ümumilikdə, türk mirasına qarşı erməni vandalizminin törədildiyini, torpaqlarımızın talan edilməsində İranın da yaxından iştirak etdiyini bildirib.
Görüşdə İranda son üç ayda baş verən hadisələr, orada yaşayan soydaşlarımızın proseslərdə iştirakı, habelə, İslam Respublikasının ölkəmizə münasibəti ilə bağlı müxtəlif məsələlər müzakirə edilib, Azərbaycan mediasının diqqət etməli olduğu məqamlara nəzər salınıb. R.Məcid bildirib ki, Azərbaycan mediası da dövlət başçısının qaldırdığı məsələlərə həssas yanaşma tərzi ortaya qoyur, mövzuya yaradıcılıq çalarları gətirməklə, onu zənginləşdirir. Bu isə ictimai missiya daşıyan jurnalistikanın müstəsna töhfəsidir. Bu baxımdan MŞ İdarə Heyətinin üzvlərindən - Qulu Məhərrəmlinin, Azər Həsrətin, Akif Aşırlının fikirləri də maraq doğurub. Onlar Ə.Obalının qurucusu olduğu “Cünaz TV”nin Azərbaycandakı yayımının yaxşılaşdırılması istiqamətində təkliflər səsləndirib, telekanalın kabel yayımının həyata keçirilməsinin vacibliyini əsaslandırıblar.
Görüşdə, eyni zamanda, İranın müxtəlif kütləvi informasiya vasitələrində aparılan anti-Azərbaycan təbliğatından da söz açılıb. Bu təbliğatın illərdir davam etdiyi, onun İran hakimiyyətin mövcud sahədəki direktivlərinə əsaslandığı önə çəkilib. Belə xoşagəlməz meyillərin son aylarda daha da artmasının Azərbaycan Respublikasının apardığı müstəqil siyasət, bölgədəki nüfuzu ilə bağlı olduğu vurğulanıb.
Toplantıda İranın İslam dini düşməni olan işğalçı Ermənistanla yaxınlığı üzərində də dayanılıb. Tehranın artan informasiya diversiyaları şəraitində Azərbaycan mediasının fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Ə.Obalı jurnalistlərin müxtəlif mövzulardakı suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04

