Azərbaycan-Türkiyə münasibətlərində Heydər Əliyevin rolu
09.12.2022 [11:36]
Batmanda konfrans keçirilib
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin Batman vilayətində bir sıra görüşlər keçirib.
Səfrilyin mətbuat xidmətindən “Yeni Azərbaycan”a verilən məlumata görə, Batman Valiliyində vali müavini İbrahim Günəşlə keçirilmiş nəzakət görüşündə Batman vilayəti ilə Azərbaycanın bölgələri arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib, mövcud imkanlar və potensial barədə fikir mübadiləsi aparılıb. Digər görüş Batmanda yerləşən, Türk Hərbi Hava Qüvvələrinin ilk və tək pilotsuz təyyarə hava bazası olan 14-cü Pilotsuz Təyyarə Sistemləri Baza Komandanlığında baş tutub. Briqada generalı İhsan Kaplanla keçirilmiş görüşdə Azərbaycan və Türkiyənin qardaşlığı və ikitərəfli əlaqələrimizdə hərbi sahənin xüsusi yeri olduğu vurğulanıb.
Səfirin Batman Universitetində rektor İdris Dəmirlə görüşündə isə universitetlərarası əlaqələrin perspektivləri müzakirə edilib. Görüş zamanı rektor enerji sahəsində ixtisaslaşmağa doğru gedən Batman universitetinin bu sahədə zəngin təcrübəsi olan Azərbaycan universitetləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Səfir universitetdə təşkil olunan “Azərbaycan-Türkiyə münasibətləri və Heydər Əliyevin rolu” adlı konfransda da iştirak edib. Konfransda çıxış edən Azərbaycan səfiri tələbələrə ikitərəfli münasibətlərin inkişaf dövrləri, Azərbaycanın müstəqilliyini yenidən qazanmasından sonrakı dövrdə mürəkkəb zamanda hakimiyyətə gələn Heydər Əliyevin bu münasibətlərin hərtərəfli inkişafına zəngin töhfəsi barədə məlumat verib, həmçinin hazırkı dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin dövlət başçılarının birgə səyləri ilə tarixinin ən yüksək inkişaf səviyyəsində olduğunu qeyd edib.
Universitet tələbələrinin mövzu ilə bağlı suallarını cavablandıran səfir daha sonra universitetdə ölkəmiz haqqında olan kitabların, lövhələrin və suvenirlərin yer aldığı Azərbaycan otağının açılışınında iştirak edib. Batman vilayətinə səfər çərçivəsində səfir Rəşad Məmmədov bu ilin iyun ayında vilayətdə açılmış, adını Azərbaycanın dilbər guşəsi Qarabağdan alan Qarabağ parkını da ziyarət edib. Səfir parkdakı pavilyonlar və Qarabağdan olan tarixi şəxsiyyətlər haqda məlumatları əks etdirən xatirə lövhələri ilə tanış olub. Qeyd edilib ki, təbiəti, qardaşlığı və sənəti bir araya gətirən bu park Azərbaycan-Türkiyə qardaşlığının simvollarından biridir.
Sevil Hilalqızı Ünal
Ankara
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

