18 dekabr Beynəlxalq Miqrant Günüdür
17.12.2022 [13:00]
Yeganə BAYRAMOVA
Dekabrın 18-də bütün dünyada Beynəlxalq Miqrant Günüdür. 1990-cı ilin həmin günündə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edib. İlk beynəlxalq miqrantlar günü ilə bağlı tədbirlər Filippinin paytaxtı Maniladakı BMT binasında - yerli idarəçilər, xarici diplomatlar və beynəlxalq sivil quruluşlarının nümayəndələri tərəfindən keçirilib. 2000-ci ildə isə BMT Baş Assambleyası Konvensiyanın qəbul olunduğu günü Beynəlxalq Miqrant Günü elan edib. Azərbaycan bu Konvensiyaya 1998-ci ildən qoşulub.
Miqrasiya və miqrantlar mövzusu müasir dünyada geniş müzakirələrə səbəb olan ən aktual məsələdir. Baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusi ilə sosial-iqtisadi miqrasiyanın genişlənməsinə təsirsiz ötüşmür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra miqrasiya sahəsində ardıcıl tədbirlər görülüb, qanunvericilik təkmilləşdirilib. İqtisadi inkişafın və sabitliyin təmin olunması, neft layihələrinin gerçəkləşməsi xarici investorların və əməkçi miqrantların ölkəmizə axınına səbəb olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə davam edən çətin və möhtəşəm quruculuq işləri miqrasiya proseslərində tədricən yeni-konstruktiv amillə şərtlənən məzmununu da aşkara çıxarıb.
Ötən əsrin 90-cı illərində Heydər Əliyevin başçılığı altında Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə milli, müstəqil miqrasiya siyasəti həyata keçirilməyə başlanıb. Bu tarixi bir nailiyyət idi. Çünki sovetlər dönəmində respublikaların miqrasiya spesifikası nəzərə alınmırdı. Ümumi siyasi ideoloji xətt əsasında bir çox azsaylı xalqların məcburi deportasiyası da sovet dönəmində baş verən hallardan idi. Əvvəllər deportasiya olunaraq Gürcüstana, oradan da Orta Asiya Respublikalarına köçürülən məshəti türkləri 1989-cu ildə Özbəkistanda baş vermiş münaqişə nəticəsində Azərbaycana pənah gətirdi. 1989-1991-ci illər ərzində onların sayı 51 649 nəfər təşkil edirdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə mövcud olan son dərəcə mürəkkəb miqrasiya şəraiti hər bir azərbaycanlı vətəndaşın yaxşı xatirindədir. Bu cür fövqəladə miqrasiya vəziyyətində tarixi nailiyyət olan suveren Azərbaycanın müstəqillik taleyi də, demək olar ki, həm də miqrasiya siyasətinin təməllərini düzgün müəyyənləşdirməkdən birmənalı şəkildə asılı idi. Ulu Öndərin rəhbərliyi dövründə miqrasiya siyasəti sahəsində qəbul olunan qanunlar, verilən fərmanlar, imzalanan beynəlxalq sənədlər, miqrasiyanın idarə olunması ilə bağlı milli strategiyanın müəyyənləşməsi diqqəti cəlb edir.
Hazırda Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə ardıcıl tədbirlər görülür. Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı, miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəlib.
Xəbər lenti
Hamısına baxDünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46

