Əhməd bəy Ağaoğlunun “İrşad”ı...
17.12.2022 [13:53]
Birlik, bərabərlik və qardaşlıq bu qəzetin əsas şüarı idi
Yeganə BAYRAMOVA
17 dekabr 1905-ci il Azərbaycan mətbuat tarixində əlamətdar günlərdən biri olub. Məhz həmin tarixdə gündəlik ictimai-siyasi “İrşad” qəzetinin ilk sayı çapdan çıxıb. “İrşad” sözünün mənası “yol göstərən”, yəni yolu işıqlandıran deməkdir. Qəzet öz fəaliyyətini 1908-ci ilin iyun ayının 25-dək davam etdirib, fəaliyyəti dönəmində yalnız Bakıda, Azərbaycan dilində nəşr olunub.
“İrşad” qəzeti təsadüfdən deyil, zərurətdən, milli təəssübdən və zamanın tələbindən meydana gəlib. Çar Rusiyasının 1905-ci il 17 oktyabr manifesti ziyalılar və qələm adamları arasında ciddi fikir oyanışı yaratmışdı. Həmin dövrdə xalqa vəd olunan “söz, mətbuat və vicdan azadlığı” ideyası yeni mətbu orqanların yaradılmasına təkan verib. 1905-ci ilin dekabr ayının ortalarında Azərbaycan mətbuatı tarixinə iki qəzet qədəm qoyub. Bunlardan birincisi dekabrın 16-da işıq üzü görən və proletar düşüncənin daşıyıcısı olan “İzvestiya soveta Raboçix Deputatov” qəzeti idi. Ondan bir gün sonra isə redaktoru Əhməd bəy Ağaoğlu olan “İrşad” qəzeti işıq üzü görüb. “İrşad”ın müsəlman və türk dünyasına ünvanlanan birlik, bərabərlik və qardaşlıq ideyası ətrafına dövrün tanınan qələm sahibləri cəmləşib.
Əhməd bəy Ağaoğlu bütövlükdə qəzetin 1905-1906-cı illərdə 116 sayının redaktoru olub. Qəzetin 1906-cı ilin fevral nömrələri Üzeyir Hacıbəyovun rəhbərliyi ilə işıq üzü görüb. 1907-ci ildə isə 1-ci saydan 15-ci saya kimi Haşım bəy Vəzirovun redaktəsi ilə nəşr olunub. M.Ə.Rəsulzadə isə “İrşad”ın 11 sayını (46-57-ci nömrələrini) redaktə edib. Qəzetin ilk sayında elan olunduğu kimi, “Hər həftə fars dilində dəxi bir vərəqəsi” Əbdül-Məmalik Fərahinin redaktorluğu ilə oxuculara çatdırılıb, qarşıya qoyulan məqsədlər həyata keçirilib. Mətbuat tarixi araşdırıcılarının apardıqları statistikaya görə, “İrşad”ın dörd il ərzində 536 sayı çap olunub. “Hürriyyət, müsavat, ədalət” şüarı ilə nəşr olunan bu mətbu orqanın naşiri 1881-ci ildə Bakının Sabunçu kəndində neft milyonçusu Mehdiqulu bəyin ailəsində dünyaya gələn İsa bəy Aşurbəyov idi. İ.Aşurbəyov Azərbaycan tarixinə xeyriyyəçi, naşir və publisist kimi daxil olub.
“İrşad”ın nəşri ilə jurnalistika tariximizdə “İrşad”çılar nəsli yetişib. Onların sırasında Üzeyir Hacıbəyov, M.Ə.Rəsulzadə, F.Ağazadə, Ö.F.Nemanzadə, Q.Qarayev, A.Y.Talıbzadə, M.S.Axundov, A.Sur, S.M.Əfəndiyev, M.Hadi, N.Vəzirov, M.Ə.Sabiri göstərmək olar. Gündəlik işıq üzü görən bu nəşr ədəbi, siyasi, elmi, iqtisadi və ictimai qəzet idi. Şərq əxlaqi-mənəvi dəyərlərinin qədimliyini vurğulayan “İrşad” islamın elmi-fəlsəfi tərəflərinə də diqqət çəkirdi. Dövrün görkəmli ədib, şair və publisistlərini ətrafına toplayan “İrşad” təkcə xalqın gedəcəyi yolu göstərmirdi, qarşıya çıxacaq çətinlikləri, məzhəb ixtilaflarını qələmə alır, cəmiyyəti birləşdirəcək dəyərləri təbliğ edirdi.
Xəbər lenti
Hamısına baxDünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09

