/ / “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda keçirilən konfrans iştirakçılarının Prezident İlham Əliyevə MÜRACİƏTİ
“Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda keçirilən konfrans iştirakçılarının Prezident İlham Əliyevə MÜRACİƏTİ
24.12.2022 [17:27]
Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda keçirilən konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə
MÜRACİƏTİ
Möhtərəm cənab Prezident!
Heydər Əliyev ideyaları əsasında müstəqillik və tərəqqi yolunda inamla addımlayan Azərbaycan çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayır və möhtəşəm uğurlara imza atır. Xüsusilə də, Vətən müharibəsində Sizin komandanlığınızla Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər təkcə 30 il ərzində hərbi-siyasi əsarətdə qalmış doğma yurd-yerlərimizin azad olunması ilə deyil, eyni zamanda, tarixi ədalətin və milli qürurumuzun bərpası ilə əlamətdardır. 44 günlük Zəfər yürüşünün hər anı, hər məqamı qəhrəmanlıq dastanı, əzmkar Azərbaycan xalqının şərəfli mübarizə nümunəsidir.
Tariximizdə bənzəri olmayan bu qürurverici hadisə - parlaq Qələbə nəticəsində yeni çağırışlar və reallıqlar meydana çıxmış, hərb müstəvisində qazanılmış Zəfərin diplomatik arenada və quruculuq meydanında möhkəmləndirilməsi üçün yeni hədəflər müəyyən olunmuşdur. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə Sizin rəhbərliyiniz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə məqsədyönlü bərpa-quruculuq işlərinin aparılması və müasir konsepsiyalar əsasında nəhəng infrastrukturun yaradılması xalqımızın daha bir arzusunun yerinə yetirilməsinə – Böyük Qayıdışın yüksək səviyyədə təmin olunmasına geniş imkanlar yaradır.
Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qalib və qüdrətli Azərbaycan dövlətinin məğrur vətəndaşları kimi işıqlı gələcəyə aparan yolda birgə addımlayır, işğaldan azad edilmiş ərazilərdə qurub yaratmaqla tarixi Qələbə ovqatında Zəfər yürüşünü davam etdiririk. Sizin əminliklə vurğuladığınız kimi, “biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Azərbaycan xalqı şanslı və xoşbəxtdir ki, Vətənə, xalqa və dövlətə sədaqət andını, ata vəsiyyətini şərəflə yerinə yetirən, sözü imzası qədər dəyərli olan qətiyyətli Liderin – Sizin rəhbərliyiniz altında zirvələr fəth edir, şanlı tarix yazır və adını tarixə əbədi həkk etdirir.
Hörmətli cənab Prezidentimiz!
Biz, konfrans iştirakçıları tariximizin ən parlaq Qələbəsini Azərbaycan xalqına bəxş etdiyiniz, uca millətimizi Zəfər zirvəsinə yüksəltdiyiniz, üçrəngli bayrağımızın işğaldan azad edilmiş ərazilərdə əzəmətlə dalğalanmasını təmin etdiyiniz və Böyük Qayıdış arzularını reallığa çevirdiyiniz üçün Sizə dərin təşəkkürümüzü ifadə edir, sonsuz minnətdarlığımızı bildiririk.
Fürsətdən istifadə edərək Sizi doğum gününüz və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, dövlətçilik maraqlarına, xalqımızın ali mənafeyinə və milli-mənəvi dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Allah Sizi qorusun!
Yaşasın Azərbaycan!
Eşq olsun Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə!
Bakı şəhəri, 24 dekabr 2022-ci il
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

