Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / TBMM sədri: “Prezident seçkisinin vaxtının qabağa çəkiləcəyi istisna deyil”

TBMM sədri: “Prezident seçkisinin vaxtının qabağa çəkiləcəyi istisna deyil”

27.12.2022 [12:51]

Türkiyədə gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop “A haber”ə müsahibəsində deyib.

O bildirib ki, bunun üçün bəzi səbəblər ola bilər: “Xüsusilə nəzərə almaq lazımdır ki, yay aylarında bir çox insan Həcc ziyarətinə gedir. Bu səbəbdən, bəlkə də, seçkilərin vaxtı qabağa çəkilə bilər”.

Onun sözlərinə görə, seçkilərin təyin olunan vaxtda keçirilməsi də problem yaratmır: “Onu da deyim ki, Prezident Rəcəb Tayyib Ərdoğanı seçkidə namizəd olmasına mane olan bir hal yoxdur”.

Paylaş:
Baxılıb: 447 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30