Avropada təhsil alan ilk azərbaycanlı qız - İrəvanlı Leyla Şahtaxtinskaya
11.01.2023 [16:46]
XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində milli-mənəvi və maarifçilik mühiti digər müsəlman şəhərlərindən güclü olub. Həmin dövrdə İrəvanda təhsil və maarifçilik mühitinin inkişafı qızların ibtidai təhsillə yanaşı, həm də gimnaziyada oxumasına və ali təhsil almasına imkan verib. Hələ 1850-ci ildə İrəvanda fəaliyyətə başlayan Müqəddəs Pipsimi qadın məktəbində oxuyan qızların sayı ildən-ilə artırdı. Məktəbdə tatar (Azərbaycan) və şəriət dərslərini Seyid Molla Mir Mehdi tədris edib. İrəvanda azərbaycanlı qızların təhsilə cəlb olunmasında 1877-ci ildə xanım Stasyuleviç tərəfindən açılan Sofiya pansionu mühüm rol oynayıb. Pansion şəxsi təhsil müəssisəsi idi. 1877-ci ildə pansionda təhsil alan 105 şagirddən 58-i azərbaycanlı idi. Pansionda təhsil alanların 55,2 faizinin azərbaycanlı qızlardan ibarət olması və erməniləri üstələməsi o dövr üçün çox yüksək göstəricidir.
Bu barədə pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov məlumat verib.
O qeyd edib ki, 1902-ci ildə İrəvanda Kəngərli Məhəmmədqulu bəy Şəfi bəy oğlu tərəfindən ilk rus-müsəlman qız məktəbi açılıb. Məktəbdə iki müəllim-tərbiyəçi və bir şəriət müəllimi fəaliyyət göstərirdi. Məhəmmədqulu bəy özü də məktəbdə dərs deyirdi. Məktəb 1905-ci ilə kimi fəaliyyət göstərib. İrəvan quberniya ruhani məclisinin sədri, axund Məmmədbağır Qazızadənin təşəbbüsü ilə onun öz evində açılan qız məktəbində də xeyli azərbaycanlı qız təhsil alırdı. Məktəbin himayəçisi knyagina Yelena Çaqodaeva (İrəvan quberniyasının vitse-qubernatoru knyaz Aleksey Çaqodayevin həyat yoldaşı), müdiri Antonina Kalinina, rus dili və hesab müəllimi Yevgeniya Georgiyevna Pxakadze, Azərbaycan dili və şəriət müəllimi Məmmədəli Qəmərlinski olub.
Alimin sözlərinə görə, Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qız İsasultan Nəcəf oğlu Şahtaxtinskinin qızı Leyla xanım Şahtaxtinskaya olub. O, 1886-cı ildə Qars şəhərində anadan olub, 1902-ci ildə Tiflis Nücəba Qızlar İnstitutunu bitirib. H.Z.Tağıyevin vəsaiti ilə İsveçrəyə ali tibb təhsili almağa göndərilib, 1904-1907-ci illərdə İsveçrədə Tibb Universitetində oxuyub. Təhsilini başa vurmasına 2 il qalmış xəstələnərək orada vəfat edib.
“Molla Nəsrəddin" jurnalının 1908-ci ilin 52-ci nömrəsində Leyla xanım haqqında dərc edilən nekroloqda deyilirdi: “İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcəkdi... Yevropada elm dalınca gedən müsəlman qızlarından Leyli xanımdan savayı biz özgəsini eşitməmişik”.
“İrəvanın vitse-qubernatoru İsmayıl bəy Qazıyevin qız nəvəsi Tacı xanım İrəvan qadın gimnaziyasını qızıl medalla bitirmişdi. İrəvan şəhər dumasının üzvü olan Mir Bağır Mirbabayevin hər iki qızı Kübra və Ruqiyyə İsveçrədə ali təhsil almışdılar. Ruqiyyə xanım tibb, Kübraxanım isə ümumi humanitar fənlər ixtisasına yiyələnərək İrəvana qayıtmışdı. İrəvanda qızların təhsil aldığı digər bir məktəb Tərlan xanım Sultanovanın müdiri olduğu rus-tatar (Azərbaycan) qız məktəbi idi. Bu məktəb 1898-1917-ci illərdə fəaliyyət göstərib. 1913-cü il sentyabrın 15-də İrəvanda azərbaycanlı qızların təhsil aldığı yeni bir rus-tatar (Azərbaycan) məktəbi də açılmışdı. Elə bunun nəticəsi idi ki, 1911-ci ildə 1-ci və 2-ci Bakı qadın gimnaziyalarında cəmi 17 azərbaycanlı qız təhsil aldığı halda, İrəvan qadın gimnaziyasında 16 azərbaycanlı qız oxuyurdu. İrəvan qadın progimnaziyasında 4 nəfər azərbaycanlı qız oxuduğu halda, Balaxanı qadın progimnaziyasında oxuyan 76 nəfər qızın içərisində 1 nəfər də olsun azərbaycanlı yox idi”, - deyə F.Rüstəmov fikrini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07

