Bu, mətbuat azadlığı deyil, tamamilə bir cinayətdir
14.02.2023 [11:56]
Hulusi Kılıç: Əgər bu jurnal bu cür insanlıqdan kənar fəaliyyəti ilə 1969-cu ildən bəri çap olunursa, deməli, “Charlie Hebdo”nu Fransada dəstəkləyən dərin dövlət gücləri var
“Charlie Hebdo” jurnalının tərbiyəsiz, alçaq başlığını qəbul etmək mümkün deyil. Türkiyədə əsrin fəlakəti yaşanarkən, bu jurnalın belə bir başlıq verməsi utancvericidir. Bunlara insan demək mümkün deyildir”.
Bunu Fransanın “Charlie Hebdo” jurnalının qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı “Tanklara ehtiyac qalmadı” başlıqlı karikaturasına münasibət bildirən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında o, qeyd edib ki, jurnal bu addımı ilə insanlığa qarşı da bir cinayət törətmiş olub: “Bu, insanlıqdan və peşə dəyərlərindən uzaq bir addımdır. Bunun mütləq cəzalandırılması lazımdır. Əgər cəzalandırılmazsa, bu cür cinayətlər davamlı olacaq. Çünki bunun “söz azadlığı”, “mətbuat azadlığı” kimi qələmə verilməsi qətiyyən qəbuledilməzdir. Bu, mətbuat azadlığı deyil, tamamilə bir cinayətdir, yaxud cinayətə çağırışdır”.
Keçmiş səfir bildirib ki, həmin karikaturanın müəllifi, onun yayılmasına icazə verən, ümumiyyətlə bu cinayətdə əli olan kimlər varsa, beynəlxalq qınağa tuş gəlməlidir: “Əgər bu jurnal bu cür insanlıqdan kənar fəaliyyəti ilə 1969-cu ildən bəri çap olunursa, deməli, “Charlie Hebdo”nu Fransada dəstəkləyən dərin dövlət gücləri var. Əks təqdirdə, dəfələrlə bu cür cinayətlərə qol qoyan jurnal Fransa ədaləti tərəfindən öz cəzasını almalı idi. Yəni “Charlie Hebdo”nun bu addımına görə Fransa hökumətinin də günahkar olduğunu qəbul etmək lazımdır. Fransa hökumətinin bunda payı yoxdursa, o zaman jurnala lazım olan cəzanı verməli, onun dərcini qadağan etməlidirlər”.
H.Kılıç sonda, “ümumiyyətlə bu jurnalda bir nasist ruhu, türk-İslam düşmənliyi ruhu var. Mən Fransa hökumətinə müraciət edirəm. Dərhal bu jurnal qapadılmalıdır. Əgər qapadılmırsa, o zaman Fransa hökumətinin də bu cinayətə ortaq olduğuna şübhə yeri qalmır” deyib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

