Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Anar Bağırov: “Türk dövlətlərinin “Heydər Əliyev ili” tədbirlərində fəal iştiraklarını arzu edirik”

Anar Bağırov: “Türk dövlətlərinin “Heydər Əliyev ili” tədbirlərində fəal iştiraklarını arzu edirik”

13.03.2023 [17:11]

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov rəhbərlik etdiyi bir qrup heyətlə  Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edib. Səfərlə bağlı “Yeni Azərbaycan" qəzetinin Ankara Bürosuna açıqlama verən A.Bağırov, “məqsədimiz həm Türkiyə, həm də Azərbaycan vəkilləri arasında daha da güclü və səmərəli əməkdaşlığın qurulması və inkişafıdır”, - deyə bildirib. O eyni zamanda qeyd edib ki, bu il Azərbaycanda “Heydər Əliyev ili” elan edilib və bu tədbir ölkəmizdə geniş şəkildə qeyd olunur: “Çox böyük arzumuz var ki, bu münasibətlə  Azərbaycanda keçirilən tədbirlərində Türk dövlətləri də fəal iştirak etsin”.

A.Bağırov həmçinin bildirib ki, türk dünyasında ortaq hüquq məsələsi çox aktual olduğuna görə görüşlərdə bu məsələ də gündəmə gətiriləcək.

Qeyd edək ki, iki günlük səfər çərçivəsində heyət ulu öndər Heydər Əliyevin Ankarada yerləşən Heydər Əliyev parkındakı abidəsini, Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.

Proqramda Azərbaycanlı heyətin Dövlət Şurasının,  Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və  Türkiyə Vəkillər Kollegiyaları Birliyinin sədrləri ilə və eyni zamanda ədliyyə nazirinin müavini ilə görüşləri nəzərdə tutulub.

Bundan başqa Azərbaycanın Türkidəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da heyəti qəbul edəcək.

Heyətin Ankarada fəaliyyət göstərən Azaflı Hüquq Firmasına da baş çəkəcəyi bildirilir.

Sevil Hilalqızı Ünal

Ankara

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31