/ / YAP Sədrinin müavini ilə AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini arasında görüş keçirilib
YAP Sədrinin müavini ilə AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini arasında görüş keçirilib
13.03.2023 [18:26]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala ilə görüş keçirilib.
AK Parti Sədrinin müavini, Bursa millət vəkili Efkan Ala istər Azərbaycan Prezidenti cənab İlham Əliyevin, istərsə də Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Türkiyəyə səfərinin zəlzələnin ağır fəsadlarını yaşayan Türkiyə xalqına böyük mənəvi dəstək kimi mühüm əhəmiyyətə malik olduğunu bildirib. O, bütün taleyüklü məqamlarda Azərbaycan ilə Türkiyənin qardaşlıq nümunəsi ortaya qoyduğunu, Türkiyədə zəlzələdən əziyyət çəkənlərə Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən yüksək dəstəyin bu reallığın bariz örnəyi olduğunu diqqətə çatdırıb.
Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın ikinci ölkənin olmadığını söyləyən Efkan Ala “Qardaşlarımızın dəstəyi ilə bu sınaqdan da alnıaçıq çıxacaq, qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirəcəyik” deyib.
Baş vermiş zəlzələ nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, qardaş Türkiyə xalqına başsağlığı verən, xəsarət alanlara isə şəfa diləyən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb. O, iki dost, qardaş və strateji müttəfiq ölkənin daim bir-birinə qətiyyətli dəstək ifadə etdiyini, Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və ümummilli liderimiz Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının öz əməli təsdiqini tapdığını söyləyib. “Türkiyə-Azərbaycan münasibətləri, dostluğumuz, qardaşlığımız dünyaya örnəkdir və ikinci belə nümunə yoxdur” ,- deyən YAP Sədrinin müavini Azərbaycan xalqının və dövlətinin zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş Türkiyəyə dəstəyinin davamlı olduğunu bildirib.
“Prezident İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində cənab Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı qardaş Türkiyənin zəlzələnin nəticələrini tezliklə aradan qaldıracağına əminliyini ifadə etdi” ,- deyə vurğulayan Tahir Budaqov bildirib ki, son 20 ildə reallaşdırılmış möhtəşəm layihələr, qazanılmış uğurlar nəticəsində Türkiyənin potensialı və gücü kifayət qədər artıb, qardaş ölkə dünya miqyasında söz və nüfuz sahibinə çevrilib. Şübhə yoxdur ki, “Böyük və güclü Türkiyəni birlikdə quraq” çağırışı ilə çıxış edən cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkə acı faciənin nəticələrini tezliklə aradan qaldıracaq, bütün hədəflərini gerçəkləşdirəcək.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə AK Parti arasında iki il əvvəl imzalanmış Əməkdaşlıq Protokolu çərçivəsində görülən işlərin cari vəziyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətində Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə təmsil olunurlar.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

