Demokratiyanın astar üzü
15.03.2023 [10:12]
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı təqdim olunub
Siyasəti yalan və riyakarlıq üzərində qurulan Ermənistanın iqtidarı hər nə qədər ölkənin demokratik imicini formalaşdırmağa çalışsa da, daxildəki vəziyyət, gerçək reallıqlar göz önündə tamam fərqli bir mənzərə canlandırır. Bu ölkədə daha çox demokratiyanın astar üzündən, insan və vətəndaş hüquq və azadlıqlarının tez-tez pozulmasından danışmaq lazım gəlir. Elə bu günlərdə Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatı təqdim olunub. Hesabatda 2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında və s. geniş məruzə olunub.
N.Paşinyanı tənqid edən 802 nəfərə açılan saxta cinayət işi
Hər üç Cənubi Qafqaz ölkəsi ilə müqayisədə Ermənistanda insan haqlarının qorunması ilə bağlı vəziyyət daha acınacaqlıdır. Bu ölkədə cəmiyyəti iqtidarın fəaliyyətindən narazı salan çoxsaylı səbəblər sadalamaq mümkündür. Əsgər anaları ordudakı özbaşınalıqdan, “dedavşinanın” geniş vüsət almasından, şəxsi heyətin komandirlərin təsərrüfat işlərinə cəlb edilməsindən, intizamsızlıq səbəbindən ölüm hallarının artmasından şikayət edirlər və tez-tez İrəvanın küçələrində etiraz aksiyaları keçirirlər. İqtisadiyyatı bütünlüklə çökən ölkədə həssas qruplardan olan insanların dolanışıq vəziyyəti çox pisdir. Onlar sosial ədalət şüarları ilə öz etiraz səslərini ucaltmaq istəyirlər. Bir qədər bundan əvvəl İrəvanda təhlükəsizlik bəhanəsi ilə kiçik ticarət məntəqələri kütləvi şəkildə bağlanıldı. Həmin obyektlərdə gündəlik çörəkpulu qazanan insanlar onlar üçün yeni iş yerlərinin yaradılması tələbi ilə çıxış etdilər. Bütün hallarda hakimiyyət etirazçılarla dialoq qurmaqdan imtina etdi. İrəvan küçələrində etiraz aksiyalarına polis müdaxilələri özünü çox gözlətmədi. Aktivlik göstərən aksiya iştirakçıları döyüldülər və yaxud həbsə alındılar.
Emənistanda siyasi səbəblərə görə jurnalistlərin peşə fəaliyyətinə müdaxilələr də adi hal alıb. Bir qədər bundan əvvəl Ermənistanın televiziya və radio verilişləri komissiyası təfərdindən “Erkir Mediya” televiziya kanalının lisenziyası ləğv olunub. Bu barədə media qurumunun rəhbəri Baqrat Esayan məlumat verib. O, rəhbərlik etdiyi şirkətin lisenziyasının məhz siyasi səbəblərə görə geri alındığını deyib. Bəs Ermənistanda kifayət qədər geniş tamaşaçı auditoriyasına malik “Erkir Mediya” televiziya kanalı ölkənin siyasi rəhbərliyinin gözündən niyə düşüb? Kanalın rəhbəri adlarının N.Paşinyanın “qara siyahı”sına salınmasına səbəb olan olaydan da danışıb. Hər şey “Müqavimət” hərəkatının mitinqindən başlayıb. Kanal efir siyasətinə uyğun olaraq etiraz aksiyasını canlı olaraq yayımlayıb. Həmin vaxt kanalın rəhbərliyinə siyasi dairələrdən etiraz aksiyasının canlı translyasiyasının məqsədəuyğun sayımadığı barədə siqnallar gəlib. Ancaq bu siqnallar “Erkir Mediya” televiziya kanalı tərəfindən nəzərə alınmayıb. Bununla da kanalın qara günləri başlayıb. Komissiya “Korrupsiya 2” serialını yayımladığına görə quruma qarşı maliyyə sanksiyaları tətbiq edib. Cərimə ödənilsə də, təqiblər səngiməyib. Baqrat Esayan bildirib bu siyasi motivli təqiblər nəhayət, komissiyanın lisenziyanın geri alınması ilə bağlı qərar verməsi ilə nəticələnib.
“Heç bir Qərb ölkəsinin lideri və ya hansısa qərbli jurnalist Ermənistanı demokratik ölkə adlandıra bilməz”. Bunu hüquq müdafiəçisi Səidə Qocamanlı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı hesabatın təqdim olunma mərasimində deyib.
O xatırladıb ki, 2020-ci ilin axırlarında Ermənistanda xalq baş nazir Nikol Paşinyana qarşı ayağa qalxmışdı: “Həmin vaxt Ermənistanda həbs olunan jurnalistlərə işgəncələr verilib. Nikol Paşinyana və onun hakimiyyətinə qarşı çıxan jurnalistlərin dilə gətirdikləri ağır təhqirlərə görə Ermənistanda 802 nəfərə cinayət işi açılıb. Bizim hesabatımız genişdir. Bunu Avropa İttifaqına və hüquq müdafiə sahəsində beynəlxalq təşkilatlara göndərəcəyik. Qərb siyasətçiləri və jurnalistlərinin Ermənistanı Qafqazın ən demokratik ölkəsi kimi təqdim etmələri əsassızdır. Çünki bu ölkə insanların toplaşma azadlığına, söz azadlığına mane olur”.
S.Qocamanlı vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın tərəfdarlarları həbs olunub, bir deputat qətlə yetirilib. Onun sözlərinə görə, bütün bunlar Ermənistanın demokratik ölkə olmadığını deməyə imkan verir.
Beynəlxalq təşkilatların selektiv yanaşmaları
Təəssüf doğuran haldır ki, Azərbaycanı əsassız yerə qınaq obyektinə çevirən ayrı-ayrı beynəlxalq təşkilatlar Ermənistandakı real vəziyyəti görməzdən gəlirlər. Bu qəbildən olan təşkilatlar həmişə Ermənistanda insan hüquqlarının yüksək səviyyədə olduğunu iddia edirlər. Haradadır bu insan hüquqları? Təqdim olunan hesabat göstərir ki, Ermənistanda olan insan hüquqları pozuntuları hədsiz dərəcədə çoxdur. Hesabatda qeyd edilib ki, insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edildiyi halda, Ermənistan dövlətinin erməni xalqına qarşı son 2 il ərzində antidemokratik, qeyri-insani münasibətləri görməməzlikdən gəlinir. Bildirilib ki, xüsusən, 2022-ci ilin aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları beynəlxalq təşkilatlar tərəfindən nədənsə “görülmədi”.
Hesabatda vurğulanıb ki, Ermənistanda Paşinyan hakimiyyəti özünü “demokratik hakimiyyət” kimi təbliğ etsə də, hesabatda əks olunan faktlar deməyə əsas verir ki, onlar öz əməli fəaliyyətlərində demokratiyadan çox uzaq idarəçilik həyata keçirirlər. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu beynəlxalq təşkilatları, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumları Ermənistanda baş verən bu qeyri-insani münasibətlərə qarşı həssas olmağa və eləcə də ikili standartlardan uzaq olmağa çağırıb.
Sənədin təqdimat mərasimində hüquq müdafiəçisi Novella Cəfəroğlu Cənubi Qafqazın üç ölkəsində - Azərbaycanda, Ermənistanda və Gürcüstanda insan hüquq və azadlıqlarının təmin olunması sahəsində vəziyyətə nəzər salıb. “Azərbaycan həm Ermənistandan, həm də Gürcüstandan daha demokratik dövlətdir. Bir zamanlar Gürcüstanda demokratiyanın carçısı hesab edilən Mixail Saakaşvilinin vəziyyətini də hamı açıq-aşkar görür”, -deyə N.Cəfəroğlu vurğulayıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, Brüsseldə prezidentlərin görüşündən sonra Ermənistanda olan insan haqlarının pozuntusu heç bir yerdə qeydə alınmayıb. N.Cəfəroğlu əlavə edib ki, beynəlxalq təşkilatlar Azərbaycanda stabilliyi görmək istəmirlər və hər zaman Azərbaycana qarşı ikili standartlarla yanaşıblar. “Ona görə biz bu hesabatları beynəlxalq təşkilatlara göndərəcəyik”, - deyə hüquq müdafiəçisi vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49

