Avropa Parlamentindən növbəti qərəzli addım
18.03.2023 [10:47]
Təşkilat erməni lobbisinin alətinə çevrildiyini çoxdan təsdiqləyib
Nardar BAYRAMLI
Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibətini davam etdirir. Martın 15-də təşkilatın qəbul etdiyi “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı qətnamədə əks olunan məqamlar bunu bir daha təsdiqləyir. Belə ki, qətnamədə ölkəmizdə guya ifadə və media azadlığına məhdudiyyətlər qoyulduğu, insan hüquqları sahəsində problemlərin olduğu iddia edilir. Sənəddə Avropa İttifaqına bu “problemlərə” görə Azərbaycanın rəsmilərinə, hüquq-mühafizə nümayəndələrinə “hədəfli sanksiyaların qoyulmasına” çağırış edilir.
Qətnamədə Avropa Parlamenti ənənəsinə sadiq qalaraq Ermənistanın vəkili rolunu oynayır, Azərbaycanı bu ölkənin “suveren ərazisinə qarşı tammiqyaslı təcavüzünü pisləyir”. Eyni zamanda Laçın yolu ilə bağlı real vəziyyət təhrif olunur. Sözügedən sənəddə Rusiya və Türkiyə də hədəfə alınır.
Ümumiyyətlə, bu qətnamə Avropa Parlamentinin ölkəmizə qarşı ilk qərəzli sənədi deyil. Müstəqillik dövrümüzdə təşkilat dəfələrlə bu tipli sənədlər qəbul edib. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi illərdə də Avropa Parlamenti təcavüzkarın vəkili və ruporu qismində özünü təsdiqləyib. Sonuncu dəfə isə təşkilatın qətnaməsi bu ilin fevral ayında qəbul edilmişdi və yenə də Ermənistana və Qarabağ separatçılarına “sonsuz məhəbbət” həmin sənəddə öz əksini tapırdı.
Bütün bunlar isə bu təşkilatın demokratik dəyərlərdən, obyektivlikdən və beynəlxalq hüquqdan tamamilə uzaq olduğunu göstərir, həmçinin bölgədə gedən proseslərdə işğalçıya dəstək verilməsinə xidmət edir. Maraqlı olan hal budur ki, Avropa məkanının bir sıra iqtisadi və təhlükəsizlik yönümlü təşkilat və institutları Azərbaycanla enerji təminatı sahəsinə əməkdaşlıq etdiyi halda, Avropa İttifaqı Brüssel sülh gündəliyi çərçivəsində ölkəmizin mövqeyini dəstəklədiyi bir zamanda, bunun əksinə olaraq AP tərəfindən belə qərəzli mövqe nümayiş etdirilir. Əslində, bu mövqeyi ilə Avropa Parlamenti erməni lobbisinin əlində alətə çevrildiyini çoxdan sübut edib.
Hazırda bölgədə Azərbaycan tərəfindən sülh gündəliyi üzrə əməli tədbirlər həyata keçirildiyi bir zamanda belə qətnamələrin Azərbaycana qarşı heç bir siyasi, iqtisadi və digər təsir gücü olmayacaq. Son zamanlar Avropa Parlamentinin rəhbərliyində korrupsiya faktlarının aşkara çıxarılması, bu təşkilatın sifarişlər əsasında qətnamələr hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilə bilər. İkili standartlar, selektiv yanaşma, reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan bu təşkilatın fəaliyyət prinsipinə çevrilib.
Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi də Avropa Parlamentinin martın 15-də qəbul etdiyi sənədə etiraz edib və bununla bağlı bəyanat verib. Bəyanatda bildirilib ki, təşkilat Azərbaycanın sülhə nail olmaq səylərini qəsdən gözdən salmağa, Ermənistandakı revanşist qüvvələri təhrik etməyə və bütövlükdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Qarabağ iqtisadi rayonunda vəziyyətin destabilizasiyasına yönəlmiş yalan və təhqiredici ritorika ilə doludur: “Avropa Parlamenti nəinki öz nüfuzuna xələl gətirən bu qətnamənin qəbul edilməsinin qarşısını ala bilməyib, həm də xaos və müharibə yolu ilə Cənubi Qafqaz bölgəsindəki çirkin planlarını həyata keçirməyə çalışan qüvvələrin alətinə çevrilib. Bu isə dərin məyusluq və hiddət doğurur”.
Qeyd olunub ki, qətnamədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması beynəlxalq hüquqa, eləcə də bu qurumun özünün nizamnaməsinə qarşı tam hörmətsizlikdir: “Ən əsası isə sənədin bu formada qəbul olunması, heç şübhəsiz, onun Avropanın xərçəng şişinə çevrilmiş Ermənistan və erməni diasporundan qaynaqlandığının bariz göstəricisidir. Bu qətnamənin mətnindən gələn dözülməz korrupsiya qoxusu, ölkəmizə qarşı nifrət, onun tarixinə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləmələrə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, tamamilə yerlə-yeksan edilmiş şəhər və kəndlərə, dağıdılmış tarixi, mədəni və dini irsə münasibətdə etinasızlıq qətnamədə özünü bütün çılpaqlığı ilə büruzə verir. Laçın yolunun “bağlanması” və “humanitar fəlakət”in baş verməsinə dair erməni nağıllarının böyük həvəslə təkrarlanması Avropa Parlamentinin deputatlarının nə qədər məsuliyyətsiz və qərəzli olduğunu göstərir”.
“Bununla belə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi qətnaməyə dair aparılmış müzakirələr zamanı Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin səsləndirdiyi mövqeyi qeyd etməyi zəruri hesab edir. Avropalı komissar regionda cərəyan edən hadisələrin qiymətləndirilməsinə tarazlı yanaşma nümayiş etdirə bilib. Qərəzli deputatlar tərəfindən göstərilən inanılmaz təzyiqlərə baxmayaraq, o, Aİ-nin etibarlı tərəfdaşı kimi Azərbaycanın rolunu yüksək qiymətləndirib”,-deyə parlament komitəsinin bəyanatında vurğulanıb.
Beləliklə, bu təşkilatdan beynəlxalq hüquq normalarını özündə əks etdirən mövqe gözləməyə dəyməz. Avropa Parlamentinin ölkəmizə qarşı son qərəzli qətnaməsinin hüquqi qüvvəsi yoxdur və kağız parçasından başqa bir şey deyil.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

