Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyədə prezidentliyə namizədlər üçün müraciət prosesi başlayıb

Türkiyədə prezidentliyə namizədlər üçün müraciət prosesi başlayıb

19.03.2023 [11:35]

Türkiyədə prezidentliyə namizədlər üçün Ali Seçki Qurumuna müraciət prosesi başlayıb. 

Mayın 14-də keçiriləcək prezident seçkiləri və parlament seçkiləri təqviminə əsasən, seçicilər tərəfindən prezidentliyə namizəd göstərilmək istəyənlər üçün müraciət müddəti sabah saat 17.00-da başa çatır.

Müraciəti rədd edilənlər müraciətlərinə yenidən baxılması üçün 21 mart saat 15.00-a qədər yenidən müraciət edə bilərlər. Müraciətlərə baxılaraq həmin gün saat 17.00-a qədər cavab veriləcək. 

Bundan sonrakı mərhələdə seçicilər tərəfindən namizəd göstərilənlər ən azı 100 min imzanı 22 mart-27 mart tarixlərində toplamalıdırlar. 

Siyasi partiyaların prezidentliyə namizəd üçün müraciətlərinin qəbul edilməsi müddəti isə 23 mart saat 17.00-da başa çatacaq. 

Prezidentliyə namizədliyi təsdiqlənənlərin yekun siyahısı martıq 31-də “Resmi Gazete”-də yayımlanacaq və təbliğat kampaniyası mərhələsi başlayacaq.

Paylaş:
Baxılıb: 542 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31