Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Novruz tətili günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb

Novruz tətili günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb

27.03.2023 [09:40]

Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, martın 20-dən 25-dək avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 3-ü piyadavurma, 2-si maneəvurma və 2-i aşmadır. Ötən il Novruz tətili günlərində 14 nəfər yol qəzasında ölmüşdü, bu il isə 7 nəfər vəfat edib. Bu da 50 faiz azalma deməkdir", - DYP rəsmisi vurğulayıb.

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31