29 il əvvəl bu gün...
29.03.2023 [10:29]
Nicat PAŞA
Azadlıq, müstəqillik uğrunda mübarizənin hər günü, saatı və dəqiqəsi tarixə qızıl hərflərlə həkk olunur. 1990-cı ilin qanlı 20 Yanvar hadisələri də müstəqillik yolunda mübarizə səhifələrindən biri - Azərbaycan tarixinin faciə və qəhrəmanlığını özündə cəmləşdirən səhifəsi olaraq tarixin əbədi yaddaşına çevrilib. Bu tarix, həm də qarşıdakı dövrlərdə ölkəmizin taleyinə əhəmiyyətli dərəcədə təsir edən dönüş anı hesab olunur. Çünki qarşıda taleyüklü, şərəfli və bir o qədər də məşəqqətli bir yol dayanırdı. 70 illik imperiyanın asılılığından qurtulmaq, öz müstəqilliyinə qovuşmaq, ona nail olmaq, azadlığı qazanmaq çox çətin və qəliz bir məsələ idi. Ölkəmizi müstəqilliyə aparan yol da məhz 20 Yanvar faciəsindən keçdi. O vaxtkı SSRİ rəhbərliyinin bütün cəhdlərinə - sadə, əliyalın xalqın qarşısına bütöv, tam şəkildə silahlanmış bir ordu ilə çıxmasına baxmayaraq, xalqın azadlıq entuziazmını sındırmaq, yox etmək mümkün olmadı.
Azərbaycanın dövlət müstəqilliyinə nail olması ilə yanaşı, azadlıq uğrunda mübarizənin əhəmiyyəti bir də o oldu ki, xalqımız həm də özünün Liderini yenidən qazandı. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra dövlət müstəqilliyimizin qorunub saxlanılması, dövlət atributlarımızın qürur mənbəyimizə çevrilməsi üçün böyük işlər gördü.
Həmin vaxt Moskvada yaşayan Heydər Əliyev qanlı qırğının ertəsi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək misli görünməmiş faciə ilə bağlı bəyanat verdi. İmperiyanın paytaxtında - bu faciənin törədilməsinin planı cızılmış bir şəhərdə dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında verilən bu bəyanat beynəlxalq aləmdə böyük əks-səda doğurdu.
Baş vermiş qanlı, dəhşətli faciədən sonra Heydər Əliyevi düşündürən əsas məqamlardan biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməməsi idi. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə belə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Məhz 29 il əvvəlin bu günü, daha dəqiq desək, 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də Heydər Əliyev mühüm tədbirlər həyata keçirdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi və tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Məhz Onun Sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi. Şəhid ailələri dövlət qayğısı ilə əhatə olundu. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsini və müavinət təminatını da daim diqqət mərkəzində saxladı. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildi, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında”
2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən əlil olmuş şəxslərə verilən aylıq müavinət artırıldı və bu iş davamlı olaraq həyata keçirilir.
Müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, genişmiqyaslı tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

